Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Koronavirusu müalicə edən dərman “saxta“ çıxdı - ÜST “Remdesiver”in təsirsiz olduğunu açıqladı

Tarix 20.11.20, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstələrinin müalicəsində “Remdesivir” antivirus dərmanından istifadə etməməyə çağırıb, bu dərmanın xəstənin sağ qalmasına, yaxud müalicə müddətinin qısalmasına ciddi təsiri olmadığını bildirib.

İndiyədək sözügedən dərmandan virusun müalicəsində istifadə olunurdu. İndi isə ÜST-nin beynəlxalq ekspertləri onun xəstənin yaxşılaşmasında rolu olmasına dəlil olmadığını deyir.

Trampın müalicəsində “Remdesivir”dən istifadə olundu

Birləşmiş Ştatlar, Avropa Birliyi və onlarla ölkə “Gilead Sciences” şirkətinin bu dərmanından müvəqqəti istifadəni təsdiqləmişdi. İlkin tədqiqatlar onun xəstəxanaya yerləşdirilmiş bəzi xəstələrin müalicə müddətini qısalda biləcəyini göstərirdi.

Oktyabrın əvvəlində koronavirusa yoluxmuş Prezident Donald Trampın müalicəsində də digər dərmanlarla yanaşı “Remdesivir”dən də istifadə olunurdu.

DST bildirir ki, həkimlərə tövsiyəsi xəstəxanaya yerləşdirilmiş 7 mindən çox xəstə üzərində dörd beynəlxalq sınağın nəticələrinə əsaslanır. “Remdesivir”in xəstələr arasında ölüm səviyyəsinin azalmasında, mexaniki süni nəfəs aparatlarına ehtiyaca, müalicə müddətinə və digər faktorlara mənalı təsir göstərmədiyi üzə çıxıb. “Remdesivir” ilk dəfə Ebolanın müalicəsində eksperimental dərman kimi hazırlanıb.

"Pfizer" şirkəti və onun Almaniyadakı tərəfdaşı "BioNTech" noyabrın 20-də özlərinin hazırladıqları vaksinin ABŞ hökuməti tərəfindən təsdiqlənməsi üçün müraciət edəcəklər. ABŞ və Avropa rəsmiləri ilk vaksinlərin ilin sonunadək dövriyyəyə buraxılacağını bildirirlər.

Vaksinlər ilin sonunadək təsdiqlənə bilər

ABŞ-ın "Moderna" şirkətinin də bir neçə həftəyə öz vaksinini təcili təsdiq üçün təqdim edəcəyi gözlənir. Bu həftə şirkətlər vaksinlərinin 95 faiz effektiv olduğunu açıqlayıblar.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen noyabrın 19-da bildirib ki, "Moderna" və "Pfizer"-in hazırladığı vaksinlər ilin sonunadək Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənə bilər.

"AstraZeneca" və Oksford Universitetinin COVID-19 vaksini də daha yaşlı qruplarda güclü immun reaksiyası yaradıb, noyabrın 19-da açıqlanmış informasiyada belə deyilir. Tədqiqatçılar Milad bayramına qədər son mərhələ sınaqların nəticələrini açıqlayacaqlar.

Ancaq vaksinlərin genişmiqyaslı tətbiqi azı aprelədək gözlənilmir. Dekabra və gələn ilin əvvəlinə ilkin dozalar səhiyyə işçiləri və digər həssas əhali qruplarına vurula bilər.

Virus tüğyan edir

Bu arada virus dünyada tüğyan etməkdədir. Artıq Birləşmiş Ştatlarda gündəlik aşkarlanan yoluxmalar sürətlə 200 minə yaxınlaşır. Rəsmilər gələn həftə Şükranlıq bayramı şənliklərini təmtəraqlı keçirməməyə çağırırlar. Adətən bu bayramda milyonlarla insan ailəsi və dostları ilə bir araya gəlir.

Yeni prezident seçilmiş Co Bayden noyabrın 19-da qubernatorlarla görüşərək koronavirusa qarşı tədbirləri müzakirə edib. Bu arada Prezident Donald Tramp hakimiyyətin rahat keçidinə əngəllər yaradır. Ölkədə koronavirusdan artıq 250 mindən çox amerikalı vəfat edib.

Avropada qadağalar ikinci dalğanı nisbətən səngitsə də, gündəlik yoluxma halları yüksək olaraq qalır. Dünyada koronavirusa yoluxanların sayı 57 milyona yaxınlaşır, 1 milyon 300 mindən çox xəstə vəfat edib. (azadliq.org)



Xəbərin oxunma sayı : 736




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap