Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Korrupsiya və saxtakarlıqda ittiham olunan şəxs xəstəxana direktoru təyin edildi - Beyləqanda

Tarix 22.02.21, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramin Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib Beyləqana xəstəxananın direktoru etdi?..

Vaxtı ilə doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunan Nürəngiz Bəşirova Beyləqan rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib...

Beyləqandan Pia.az-a daxil olan məlumata görə ötən gün rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Yeni direktorun adı isə rayon sakinlərini şoka salıb. Belə ki, TƏBİB tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanansının direktoru vəzifəsinə adı daim mətbuatın gündəmindən düşməyən qalmaqallı Nürəngiz Bəşirova təyin edilib.

Qeyd edək ki, Nürəngiz Bəşirova yol verdiyi ciddi nöqsanlara görə 2 dəfə Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. Hətta Nürəngiz Bəşirovaya ilk dəfə 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda xəstəxanının bir neçə əməkdaşı ilə bərabər cinayət işi açılıb. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi. (Linki BURDA oxuyun)

4 il öncə isə yol verdiyi ciddi nöqsanlara görə ikinci dəfə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılan Nürəngiz Bəşirova 2 ildən sonra yenidən işinə qaytarılıb. Yol verdiyi ciddi nöqsanlara görə haqqında cinayət işi açılan və iki dəfə işdən çıxarılan Nürəngiz Bəşirovanın təkrar baş həkim vəzifəsinə təyinat almasında isə Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun rolunun danılmaz olduğu deyilir.

Verilən məlumatda qeyd edilir ki, Nürəngiz Bəşirova ondan edilən çoxsaylı şikayətlərdən sonra hakimiyyətin yuxarı dairələrinin qəzəbindən qurtulmaq üçün iş yerini dəyişərək Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb.

Mənbə iddia edib ki, Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilməsi üçün külli miqdarda xərc çəkib.

TƏBİB sədri Ramin Bayramlının bu qalmaqallı təyinatı necə şərh edəcəyi isə maraq doğurur. Çünki hər bir beyləqanlı bu gün sual edir: Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramin Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib Beyləqana direktor təyin etdi?...

Açıklama yok.




Xəbərin oxunma sayı : 2188




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap