Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kosmosda dövlət quran azərbaycanlı milyarder planlarını açıqladı: 2.5 trilyon avro xərclənəcək

Tarix 23.07.18, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Kosmosda Yerdən asılı olmayan “Asgardiya” adlı dövlət qurduğunu elan edən azərbaycan əsilli alim və milyarder, Rusiyanın S-300, S-400 raketlərini istehsal edən “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli planlarını “Hürriyət” qəzetinə danışıb.

AzFakt.com virtualaz.org-a istinadən xəbər verir ki, Aşurbəyli dünyada mövcud dövlətlərin heç birinə bənzəməyən, yeni və müstəqil dövlət qurmaq ideyası onun beyninə təxminən 10 il əvvəl gəlib. Lakin bunun üçün torpağa ehtiyac var idi. Yer üzərindəki torpaqlar isə çoxdan bölüşdürülüb. Ona görə də alim qərara gəlib ki, öz dövlətini kosmosda qursun. “2016-cı ildə Montrealda kosmos qanunları mövzusunda konfransa qatılmışdım. Çıxışları dinlədikdə beynimdə bu ideya möhkəmləndi: yeni ölkə nədən kosmosda olmasın?” – Aşurbəyli deyib.

Beləlikə, Aşurbəyli öz dövlətini ötən il Vyanada rəsmən elan edib. Bu yaxınlarda isə “Asgardiya”nın parlamentini, hakimiyyətini formalaşdırmağa başlayıb. Onun bildirdiyinə görə hazırda hakimiyyətdə və parlamentdə 200-dən çox adam işləyir. “Asgardiya” ilk peykini ötən il kosmosa buraxıb. Növbədə digər peyklər var. “25 il ərzində ilk asqardiyalının kosmosda məskunlaşmasını gözləyirik”, – o deyib.

Aşurbəyli bildirib ki, “Asgardiya”nın bütün xərclərini hələlik o, özü şəxsi büdcəsindən təmin edir. Lakin qarşıdakı 25 il ərzində bu dövləti qurmaq üçün 2.5 trilyon avro xərclənəcək.

Azərbaycanlı milyarder hazırda “Asgardiya” vətəndaşlığı almaq üçün müraciət edənlərin sayı 240 min nəfərdən çox olduğunu deyib. Müraciət edənlər, əsasən, ABŞ, Türkiyə, Hindistan və Çindəndir. Aşurbəylinin bildirdiyinə görə, onun yeni dövləti əvvəlcə Yer üzündəki dövlətlərlə ikitərəfli münasibətlər yaradacaq, bundan sonra BMT-yə üzvlük üçün müraciət ediləcək.

Aşurbəyli onun dövlətində hamının bərabər olacağını və Yer üzündəki münaqişələrin “Asgardiya” dövlətinə daşınmayacağını deyir. Onun ikinci əsas məqsədi Yer üzündəki hər kəsin kosmosa sərbəst çıxış imkanlarına malik olmasıdır. Nəhayət, Aşurbəylinin dövləti kosmosda formalaşan təhdidlərdən Yer planetini qorumaq məqsədi güdəcək. “Asgardiya” dövlətinin vətəndaşı olmaq üçün asgardia.space saytındakı xüsusi formanı doldurmaq lazımdır. Aşurbəyli deyir ki, bu dövlətə vətəndaş olmaq hələlik pulsuzdur, amma gələcəkdə ildə 100 avro kimi simvolik məbləğ alınması planları var və kosmik dövlətin pasportu üzərində də iş gedir.

   



Xəbərin oxunma sayı : 382




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap