Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kosovo da iki rus diplomatını qovur - Prezident bəyanatla çıxış etdi

Tarix 23.10.21, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


Müstəqilliyi qismən tanınan Kosovo Respublikası Rusiyanın iki diplomatını ölkədən qovur. Bu məlumatı Kosovo prezidenti Vyosa Osmani özünün "Facebook" səhifəsində verib. O yazıb ki, Kosovonun Xarici İşlər Nazirliyi Rusiya diplomatlarını “arzuolunmaz şəxs” elan edib.

Bundan əvvəl prezident rusiyalıların ziyanlı fəaliyyəti ilə bağlı onların persona non grata elan edilməsinə dair hökumətə sorğu göndərmişdi.

Söhbətin hansı ziyanlı fəaliyyətdən getdiyi aydınlaşdırılmır.

Osmani habelə "Facebook" postunda Rusiya və onun bölgədəki agentlərini Kosovo, ABŞ və Avropa İttuifaqının regiondakı nailiyyətlərini sarsıtmaq cəhdində ittiham edib. Osmaninin sözlərinə görə, Kosovo amerikalı və avropalı müttəfiqləri ilə birlikdə Rusiyanın bu regionu sabitsizləşdirmək cəhdlərinə qarşı çıxmaqda davam edəcək.

Rusiya Kosovonun Serbiyadan müstəqilliyini tanımayıb və bu səbəbdən də onunla diplomatik münasibətləri yoxdur. Buna baxmayaraq Rusiyanın Serbiyadakı səfirliyinin dəftərxanası Kosovonun mərkəzi şəhəri Priştinada fəaliyyət göstərir. Kosovo hökuməti bu dəftərxananı Rusiya Federasiyasının Kosovodakı rabitə şöbəsi adlandırır.

Rusiyanın Serbiyadakı səfirliyi Kosovonun addımını təxribat adlandırıb.

Səfirliyin bəyanatında deyilir ki, Priştinanın qərarı Rusiya üçün heç bir qüvvəyə malik deyil və sözü gedən diplomatlara gəlincə isə, Rusiya BMT-nin Kosovodakı müvəqqəti inzibati missiyası ilə əməkldaşlıq edir.

Son həftələrdə Kosovonun əsasən etnik serblər yaşayan şimal bölgələrində vəziyyət gərginləşib. Orada yerli əhali ilə Kosovonun xüsusi təyinatlı polisi arasında toqquşmalar baş verir. BMT üzvü olan ölkələrin əksəriyyəti Kosovonun müstəqilliyini tanıyıb. Lakin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin Kosovonun müstəqilliyini tanımır. Avropa İttifaqının bir sıra ölkələri, habelə Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edirlər. (azadliq.org)



Xəbərin oxunma sayı : 778




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap