Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Kredit götürmək istəyərkən dələduzluqla üzləşdi - TƏFƏRRÜAT/VİDEO

Tarix 08.06.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Rəfail Əliyev təsərrüfatını genişləndirmək üçün kredit götürmək istəyərkən dələduzluqla üzləşib.

"Xəzər Xəbər"ə müraciət edən Rəfail Əliyev deyir ki, təsərrüfatını genişləndirmək məqsədi ilə kredit götürmək qərarına gəlib.

Bu məqsədlə fevral ayında müraciət edib. Elə həmin gün ona zəng gəlib və deyilib ki, “Siz kredit məqsədi ilə müraciət etmisiz. İndi suallarımızı cavablandırın, sizə istədiyiniz məbləğin düşüb-düşmədiyini dəyərləndirək".

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi iddia edir ki, ona müxtəlif suallar ünvanlanıb və proses o qədər inandırıcı olub ki, dələduzlarla danışdığı ağlına gəlməyib.

Rəfail Əliyevin sözlərinə görə, danışdığı şəxs ona bildirib ki, təqdim olunan kart aktiv deyil, ona görə əməliyyatı başa vurmaq olmur.

Beləliklə, prosesin yekununda vətəndaşın kartından 700 manat pul çıxarılıb.

Zərərçəkmiş iddia edir ki, bir müddət sonra ona zəng edilən nömrənin "TikTok" platformasında istifadə olunduğunu görüb. Həmin hesabla əlaqə saxlamağa çalışsa da, qarşı tərəfdən heç bir cavab ala bilməyib.

Məsələ ilə bağlı  Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında müvafiq polis orqanında araşdırma aparılır. Bir daha vətəndaşlara saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmaları, bank və şəxsi məlumatlarını tanımadıqları şəxslərə ötürməmələri tövsiyə olunur.  




Xəbərin oxunma sayı : 1273




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap