Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Krediti olanların nəzərinə: Pulunuzu belə alın (VİDEO)

Tarix 22.04.19, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən etibarən Azərbaycanda problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb. Ödəniş alacaq müştərilər, onlara göndərilən xəbərdarlıq əsasında krediti götürdüyü banka yaxınlaşaraq təyin edilən məbləği alırlar. Kredit təşkilatıları, eyni zamanda bağlanmış bankların müştəriləri isə ``Azərpoçt``un şöbələrinə yaxınlaşaraq ödənişlərini ala bilirlər. Şikayəti olanlar isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər.

Vətəndaş təkcə şəxsiyyət vəsiqəsini təqdim etməklə ona təyin edilən kompensasiyanı alır.

Bu gündən etibarən Azərbaycanda dollar kreditlərinə görə təyin edilən kompensasiyaların ödənişinə başlanılıb. Bağlanan banklar, eyni zamanda kredit təşkilatlarının müştəriləri bu ödənişi ``Azərpoçt`` un şöbələrindən ala bilirlər.Bu şəxslərə ilkin mərhələdə 500 manata kimi olan ödənişlər nağd formada verilir.Bundan çox olan vəsaitlər isə Mayın 1-dən kartla ödəniləcək.

Vətəndaş ona verilən kartdakı məbləği bütün bankların ATM- lərindən komisyasız nağdalaşdıra bilər. Kredit təşkilatları eyni zamanda bağlanan bankların müştəriləri``Azərpoçt`` un rəsmi səhifəsində də şəxsiyət vəsiqəsinin məlumatlarını daxil etməklə ,ödənişi harda və zaman ala biləcəyi haqqında məlumat ala bilər.

Eyni proses banklarda da davam etdirilir.Vətəndaş krediti götürdüyü banka yaxınlaşaraq kompensasiyasını ala bilir.

Vətəndaşın kompensasiya məbləği və yaxud digər məsələlərlə bağlı şikayəti varsa Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apelyasiya Komisyasına müraciət edə bilər. Belə müraciət qurumun rəsmi saytından şəxsiyyət vəsiqəsi ilə də edilə bilər. Belə şikayətlərə 15 iş günü, əlavə öyrənilmətələb olunduqda isə 30 iş gününə baxılır.

Ümumiyyətlə ödənişlərin may ayı ərzində başa çatdırılması nəzərdə tutulur. (Xəzər TV)









Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap