Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kreml “qırmızı cizgiləri” aşdı – SSRİ də Qərblə eyni dildə danışırdı...

Tarix 22.12.21, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Kreml Qərbə qarşı siyasətini sərtləşdirib, mesaj bundan ibarətdir: “Ukrayna NATO üzvü olarsa, Rusiya ordusu Ukraynaya daxil olacaq”. Bu hələ bir az “mədəni” mesajdır, əslində demək istəyirlər ki, “Ukrayna və Rusiyaya yaxın ölkələr Kremlin arxa bağçasıdır, bu dövlətlər NATO üzvü və ABŞ-ın müttəfiqi ola bilməzlər”.

Kremlin təhdidi Ukrayna ilə kifayətlənmir. Rusiya Prezidenti Vladimir Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cizdiyi “qırmızı cizgilər”lə bağlı təcili danışıqlara başlasınlar. Vaşinqton və Brüssel ultimatum dilini qəbul etmirlər. Qərb “soyuq müharibə” illərində olduğu kimi ölkələri “təsir dairələrinə” bölmək istəmir. Qərbin və NATO-nun ümumi mövqeyi belədir ki, hər bir ölkə xarici və təhlükəsizlik siyasətini seçməkdə sərbəstdir, Ukrayna, Gürcüstan və ya digər dövlət Qərbin iqtisadi və hərbi blokuna qəbul olmaq istəyirsə, bu seçimə hörmət etmək lazımdır.

Kreml belə bir seçimi tanımaq istəmir. Rusiya Prezidenti Vladimir Putinin arqumenti budur ki, ABŞ nüvə başlıqları daşıyan raketlərini Polşa və Rumıniyada yerləşdirib, növbədə Ukraynadır, belə olan halda Amerika raketləri Moskvanı bir neçə dəqiqə ərzində vura bilərlər. Putinin sözlərinə görə, Vaşinqton nə şifahi, nə də yazılı sazişlərə riayət edir: “Vaşinqton bildiyini edir, BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı halda İraqa hücum etdi, bu ölkəni viran qoydu, terrorun yuvasına çevirdi, başqa hallarda isə BMT qərarlarına istinad edir”.

Putin fikrini belə davam etdirir ki, İraq və ya Liviyaya Rusiyanın əli çatmadı, Vaşinqtona mane ola bilmədi, ancaq Ukrayna Rusiya üçün “qırmızı cizgidir”. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerika ordusunun və kəşfiyyatının zabitləri artıq Ukraynada və Donbassla “təmas xəttində” yerləşiblər. 


Beləliklə, Kreml “hədəfləri” böyüdüb, Vaşinqtondan tələb edir ki, “Ukraynanı tərk edin”. Kreml Ukrayna ilə kifayətlənməyərək Amerika raketlərinin Şərqi Avropadan çıxarılmasını, Rusiya sərhəddindəki Baltik ölkələrində hərbi bazalarının yaradılmamasını da tələb edib. Aydındır ki, Vaşinqton və Brüssel Kremlin bu şantajına baş əyməyəcəklər. Belə olan halda Kremlin cavabı nə olacaq? 

Kreml özü “qırmızı cizgiləri” aşıb və belə məlum olur ki, onun şərtləri qəbul olunmasa, Ukraynaya müdaxilə planı həyata keçiriləcək. Kreml danışıqlar tələb edir, özü də bu tələbi irəli sürərkən masada yalnız Vaşinqtonun olmasını istəyir. “NATO və Avropanı Vaşinqton idarə edir. Amerika bu ölkələrin sahibidir, ona görə də biz vassallarla yox, sahiblə danışıb razılaşma əldə etmək istəyirik” deyən rusiyalı rəsmilər qarşırdurmaya hazırlaşırlar. Ancaq Kremlin həmişə olduğu kimi hesaba qatmadığı amil var: SSRİ də Qərblə eyni dildə danışırdı, ancaq sonu yaxşı olmadı...

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1564




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap