|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Kreml elitasında parçalanma? – İqor Seçin hər an Putinin əsas rəqibinə çevrilə bilər - TƏHLİL
Tarix 10.09.17, 3:35 |
|
"Apostrof" (Ukrayna), 08.09.2017
Son illərdə Rusiyanın energetikadan gəlirləri azaldıqca, “Rosneft” öz mövqelərini təcavüzkarcasına möhkəmləndirir. Neft nəhəngi energetika sektorunda bölgünü dəyişdirmək, rəqibi “Qazprom”un təbii qaz ixracatına monopoliyasının axırına çıxmaq üçün öz nüfuzundan yararlanmağa ümid edir.
“Rosneft”in artan nüfuzu onun başçısı İqor Seçinə şəxsi rəqibləri ilə münaqişəyə başlamaqla energetika siyasəti hüdudlarından kənara çıxmaq imkanı verib ki, bu da Rusiya prezidenti Vladimir Putinin reaksiyasını doğura bilər.
Lakin Putin Seçini vəzifədən götürməyi qət etsə, nəticələr RF energetika sektorundan kənara çıxaraq tamamilə başqa miqyaslar qazanacaq.
Amerikanın "Stratfor" özəl kəşfiyyat-analitika şirkətinin “Apostrof”un sərəncamında olan hesabatında bundan danışılır.
Rusiya prezidenti Valdimir Putin 2000-ci illərin əvvəli-ortasında hakimiyyəti möhkəmləndirməyə başlayanda həm də ölkənin energetika sektorunu bərkidib. Putin iki böyük energetika şirkəti – “Rosneft” və “Qazprom”un yaradılmasına hamilik edib. Onlar meydana çıxıdğı andan bəri Kremlin ən qiymətli aktivi olub, gəlirləri Rusiya dövlət büdcəsinin yarısını bağlayıb və yanacaq qiymətinin yüksək olduğu dövrlərdə ÜDM-in 25%-ni təşkil edib.
Hətta 2014-cü ilin ortalarında neft qiymətləri düşdükdən sonra “Rosneft” və “Qazprom”un gəlirləri azalsa da, RF-nin strateji aktivi olaraq qalır.
Ancaq gəlirin azalması Kreml elitasını piroqun ən böyük tikəsini əldə etmək uğrunda rəqabətə məcbur edib. Və ən təcavüzkar rəqib iddialı menecer İqor Seçinin rəhbərliyi altındakı “Rosneft” olub. “Rosneft” öz rəqibi “Qazprom”u hər cür qabaqlamağa cəhd edib ki, energetika sektorunda və bütünlükdə Rusiyada nüfuzunu gücləndirsin.
“Rosneft”in inkişafı
“Qazprom” uzun müddət Kremlin energetika tərəfdaşı olub, Rusiya təbii qazının ixracatında monopoliyanı saxlayıb. “Qazprom”un qaz ixracatı bazarındakı hakim durumu keçmiş sovet respublikaları, həmçinin Avropa və Türkiyə ilə münasibətlərdə Moskvanın səmərəli aləti olub. Lakin qazın dünya qiymətlərinin düşməsi, həmçinin Avropada, Avrasiyada və Yaxın Şərqdə energetika tədarüklərinin şaxələndirilməsi üzrə bir sıra layihələr “Qazprom”un bu bölgələrdə işlərin durumuna təsir qabiliyyətini məhdudlaşdırıb ki, bu da öz növbəsində Kremlin mövqeyini zəiflədib.
Və “Rosneft” yaranmış durumdan faydalanıb. İndi rəqibi zəifləyərkən şirkət yeni aktivləri ələ keçirməyə başlayıb. “Rosneft” hətta Putin ictimai şəkildə çəkindirəndən sonra da 2016-cı ilin oktyabrında böyüklüyünə görə ölkənin altıncı şirkəti “Başneft”i almaq üzrə saziş bağlayıb. Nəhayət, “Rosneft” “Başneft”i almaq icazəsinin əvəzində öz aktivlərinin böyük qismini özəlləşdirməkdə Kremlə razılıq verməklə qalib gəlib.
“Rosneft” “Qazprom”la rəqabətini sürətlə inkişaf etdirib. İyunda direktorlar şurasının iki üzvünü “Qazprom”a loyal, yeni səhmdarlar içindən seçilmiş iki adamla əvəzləyib. Və indi daha öz energetika zonasında qalmağa marağı olmayan neft şirkəti “Qazprom”un uzun müddət yönəltdiyi təbii qaz sektoruna göz dikib. “Rosneft” qaz hasilatını 2012-ci ildəki 2 milyard kubmetrdən 2016-cı ildəki 67 milyard kubmetrədək artırıb. Bu rəqəm 2020-ci ilə doğru isə 100 milyarda yetəcək. Bu, “Qazprom”un hasilat həcminin dörddə birindən hələlik azdır, amma “Qazprom”un qaz hasialtı sektorunda bölüşməyə hazır olduğu paydan xeyli çoxdur. Bundan başqa, “Rosneft” öz rəqibinin Rusiya və xaricdəki müştərilərini şirnikləndirmək üçün qiymət təyinində daha çevik mexanizmlər təklif edir ki, bu da “Qazprom”u əsəbiləşməyə və bu nümunəni izləməyə məcbur edir.
Boru kəmələrinin gücü və siyasi rıçaqlar
“Rosneft”in strategiyası siyasi mövqeyi möhkəmlətmək üçün özünün yüksələn statusundan yararlanmaqdan ibarətdir. Şirkət Misir, Liviya, Hindistan, Venesuela, Almaniya, Suriya və Çin kimi xarici ölkələrlə getdikcə daha fəal əməkdaşlıq edir. “Rosneft”in Kremlin xahişi ilə bu cür davrandığı və yaxud şəraitin bu cür uğurlu biçimləndiyi hələlik aydın deyil, amma necə olur-olsun, indi “Rosneft”in fəaliyyəti Moskvanın xarici siyasət hədəfləri ilə əsaslı şəkildə üst-üstə düşür və ona siyasi təsir rıçaqları verir.
“Rosneft”in əsas hədəflərindən biri “Qazprom”un boru kəmərləri üzrə təbii qaz ixracatına son qoymağa Kremli inandırmaqdır. Həm də şirkət Seçinin başçılığı ilə müəyyən tərəqqiyə nail olub. Rusiya KİV-ləri avqustun əvvəlində xəbər verib ki, “Rosneft” Rusiya Təhlükəsizlik Şurasının iqtisadi və sosial sahələrdə təhlükəsizlik üzrə komissiyası ilə qapalı görüş keçirib. Komissiya qaz ixracatını liberallaşdırmağı tövsiyə edib, Rusiya Federal Antimonopoliya Xidməti isə təxmin edir ki, bu cür liberallaşdırma artıq 2018-ci ildə baş verə bilər, amma Energetika Nazirliyi 2020-ci ilə işarə edir.
Qaz ixracatının mərhələli liberallaşdırılması “Rosneft” üçün son dərəcə sərfəli olar, ona əvvəlcə diqqəti Asiyaya gedən boru kəmərləri ilə ixracata cəmləşdirmək imkanı verərdi. “Qazprom” indi Çinə mavi yanacaq tədarükü üçün inşa edilən “Sibirin gücü” boru kəmərini istifadə edəcək yeganə şirkət olmaq cəhdində qətiyyətlidir. Lakin Pekin Rusiyanın energetika nəhəngləri arasındakı rəqabətdən uduşu hesablayır. “Rosneft” son aylarda təbii qaz sahəsində Çin şirkətləri ilə bir sıra sazişlər imzalayıb və bölgədə bütün bölgələrdə tam liberallaşmaya qapı açacaq liberallaşdırmada qəti addıma ümid edir. Yuksələn rəqabət çinlilər, avropalılar və türklərə səmərə gətirir.
Seçin şəxsiyyətlərə keçir
“Rosneft”in bir sıra maliyyə və siyasi uğurlarını onun rəhbərinin özünəinamı möhkəmləndirib. Rusiyanın ağırçəkili siyasiləri ilə çoxillik münasibətlər saxlayan və FTX ilə güclü ittifaqa malik olan Seçin indi artan nüfuzundan istifadə edir ki, düşmənlərini nişangaha götürsün. 2016-cı ildə Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev rüşvətxorluq və şantaj ittihamı ilə həbs edilib – ola bilsin, postsovet Rusiyasında ən səs-küylü həbs idi.
Ulyukayev Seçin və “Rosneft”lə uzun illər mübarizə aparan Putin tərəfdarlarının böyük düşərgəsinə mənsub idi. Ulyukayev məhkəmədə iddia edib ki, Seçin və FTX ona badalaq gəliblər (tərəfdarının, ehtimal ki, Seçinin quraşdırdığı həbsinə münasibətdə Putinin mövqeyi aydın deyil).
Seçin bu yaxınlarda Putinin başqa bir silahdaşı – “Rosneft”i Çeçenistanda zavod inşası üzrə öhdəlikləri pozmaqda ittiham edən Çeçenistan başçısı Ramzan Kadırovla siyasi cəngə girişib. “Rosneft” ittihamı rədd edərək bildirib ki, texniki araşdırma aparır. Lakin münaqişə “Rosneft”lə yatırım olmaması səbəbindən “Rosneft”dən RF-nin bu bölgəsindəki aktivlərini respublika hökumətinə verməyi çoxdan tələb edən Çeçenistan arasında daha dərin qarşıdurmanı üzə çıxarıb.
Bu arada Seçinin FTX-dəki silahdaşları respublika təhlükəsizlik qüvvələrində daha nüfuzlu durum uğrunda mübarizə aparırlar.
Seçin “Başneft"in keçmiş sahibini – “Sistema” SMŞ yatırım şirkətini, guya, “Başneft”ə vurduğu ziyana görə məhkməyə verərək, bizneslə şəxsi qisası daha bir arenada qarışıq salıb. Məhkəmə avqustda “Sistema” SMŞ-i “Başneft”in yenidən qurulması zamanı aktivlərini ondan götürdüyünə görə, “Rosneft”ə 2,3 milyard dollar ödəməyə məcbur edib.
“Neft çarı” çox uzağa gedib?
“Rosneft”in nüfuzunun sürətlə genişlənməsi və bir sıra qələbələri Seçinin öz üzərinə gücüyetməz vəzifə götürüb-götürmədiyi haqda suallar doğurur. “Rosneft”in Rusiya energetika sektorunda önəmli payı və Seçinin FTX-də və oliqarxlarla çoxsaylı əlaqələri nəzərə alınmaqla, ola bilsin, “neft çarı” Putindən sonra böyüklüyünə görə ikinci adamdır. Müxtəlif səbəblərə görə isə – iqtisadi geriləmədən tutmuş siyasi mübarizə və sosial problemlərədək – Putin Rusiya daxilində müxtəlif qruplar tərəfindən getdikcə daha çox təhlükə duyur. Öz iddiaları xatirinə çox şeyə getməyə hazır olan Seçin bu qrupların arxasında duran əsas mühərriklərdən birinə çevrilir.
Putin artıq göstərib ki, Kreml elitasının önəmli təmsilçilərini, hətta on illər boyu Seçin kimi onun tərəfində olanları da aradan götürməyə hazırdır. Lakin Seçin güclü müttəfiqləri və geniş nüfuzu ilə həmin güc strukturlarıyla əlaqəli oliqarxdır ki, yıxılmaq üçün son dərəcə böyük çıxa bilər. Onun çöküşü “Rosneft”dən və şəxsi əlaqələrindən çox uzaqlarda əks-səda verərək, bütünlükdə Rusiyada sabitliyi təhdid edə bilər.
ABŞ özəl kəşfiyatı qeyd edir ki, Rusiya KİV-ləri və müşahidəçilərin məlumatına görə, Putin nüfuzlu tərəfdarlarından öz ətrafında divar ucaldır – Kadırov, “Rostex”in başçısı Sergey Çermezov, prezident köməkçisi Vladislav Surkov, baş nazir Dmitri Medvedyev, Dövlət Duması spikeri Vyaçeslav Volodin, maliyyəçi Yuri Kovalçuk və başqaları bunların içindədir. Onun silahdaşlarının əksəriyyətinin Seçində olan güclü aktivləri olmasa da, hər halda Putinə əlavə imkanlar verirlər. Məsələn, Rusiya prezidenti zəifləyən “Qazprom”un başına siyasətcə güclü Medvedyevi qoya bilər. O, artıq yeni yaradılmış və birbaşa Putinə tabe olan Milli Qvardiyanı inkişaf etdirir və son nəticədə FTX-yə əks-tarazlıq ola bilər.
Bütünlükdə Seçin və “Rosneft” Kreml daxilində hakimiyyət uğrunda daha böyük mübarizənin tərkib hissəsidir. Rusiya getdikcə daha da qeyri-sabit olur və buna görə də Putini onun idarəçiliyini təhdid edə biləcək gerçək siyasi rəqibi qarşısında görmək getdikcə daha çox qorxudur. Seçinin intişar tapan nüfuzu və “Qazprom”la “Rosneft” arasındakı qarşıdurma siyasi təhlüklələrin qaranquşu ola bilər.
Tərcümə Strateq.az-ındır.
Xəbərin oxunma sayı : 517
Analiz
Xəbərlər
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
TOP 10
ARXİV