Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kriminal avtoritet “Qara Qafur“ beynəlxalq federasiyanın prezidenti oldu

Tarix 30.01.18, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Xəzinədarlıq Departamentinin bu günlərdə sanksiya tətbiq etdiyi “vor zakon”ların siyahısında olan, mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələrini gizlətməyən Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti olub. virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, federasiyanın vitse-prezidenti postunu tutan Qafur Rəhimov federasiyanın müvəqqəti rəhbəri Franko Falçinellinin qəfil istefasından sonra onun yerinə keçib.



AİBA-nın İcraiyyə Komitəsinin üzvü Pet Fiakko bildirib ki, bu dəyişiklik nizamnamə əsasında baş verib. Çünki federasiyanın prezidentinin istefasından sonra birinci vitse-prezident onun səlahiyyətlərini icra etməlidir. “İcraiyyə Komitəsinin bununla bağlı hər hansı mənfi mövqeyi yoxdur. Rəhimov federasiyanın inkişafına müsbət töhfə verib”, - Fiakko bildirib.

Rəhimov Dubayda yaşayır və onun AİBA üzvləri ilə orada görüşəcəyi gözlənilir. Çünki Dubayda milli boks federasiyalarının nümayəndələrinin konqresi keçirilir.



ABŞ Xəzinədarlıq Departamentinin məlumatında deyilirdi ki, Rəhimov “reketlik və avtomobillərin oğurluğu ilə cinayətkar karyerasına başlayıb, Özbəkistanın ən aparıcı cinayətkarlarından birinə və heroin alverinə cəlb olunmuş mühüm adama” çevrilib. Qərara əsasən onun ABŞ yuridikasiyası altına düşən bütün aktivlərinə və bank hesablarına həbs qoyulur.



Həmin sanksiya siyahısına “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov, “Vasya Voskres” ləqəbli Vasili Xristoforov, “Piçuqa” ləqəbli Yuri Piçuqin və digər “vorlar” da daxil edilmişdi.

Qafur Rəhimov kriminal aləmdə “Qara Qafur” ləqəbi ilə tanınır. Onun “Ded Xasan” ləqəbli (hazırda sağ deyil) Aslan Usoyan və klanı ilə sıx münasibətlərinin olduğu məlumdur.




Xəbərin oxunma sayı : 313




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap