Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kriminal avtoritetlərlə adları çəkilən müğənnilər…

Tarix 31.10.17, 3:44

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış müğənni Fədayə Laçının (Məmmədova Fədayə Barış qızı) həbsi mətbuatda, sosial şəbəkələrdə, eləcə də şou-biznes nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri müğənninin həbs edilməsini təsadüfi olduğunu, digərləri isə bir çox müğənnilərin kriminal aləmlə bağlı olmasının artıq adiləşdiyini qeyd edirlər.

Qeyd edək ki, Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Müğənni mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub. Fədayə Laçın hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəldən planlaşdırılıb.

Lakin qeyd edildiyi kimi, son illərdə bəzi şou-biznes nümayəndələrinin adlarının avtoritetlərlə birgə hallanması adiləşib.

Məsələn, ötən ilin oktyabr ayında müğənni Mətanət İskəndərlinin adı ikinci dəfə “MTN işi”ndə hallanmışdı. Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunurdu. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev onu “MTN agenti” olmaqda suçlayaraq, qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia etmişdi.

Bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib. Lakin müğənni bu məlumatları çox soyuq qarşılayaraq, jurnalistlərin suallarından yan qaça bilmişdi. Sonda gözlənildiyi kimi xalq artisti məhkəməyə çıxarılmadı.

Mətanət İskəndərli şahid kimi məhkəməyə çıxarılmasa da, müğənni həmkarı Manaf Ağayev gözlənilmədən həmin məhkəmə prosesində dindirildi. Manaf Ağayev də suallardan yayınmağa çalışaraq “Bir dost kimi məhkəmədə iştirak edirik” demişdi.

Daim qalmaqallarla gündəmə gələn Şəbnəm Əsədovanın da adı kriminal olayda hallanıb. Belə ki, ötən il mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, o, zamanında Akif Çovdarovun qurbanlarından biri olub. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində də çox sayda müğənnilərin adları hallanırdı. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez özünə məxsus “Qarabulaq” restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur.

Onunla dostluq edən məşhur müğənnilərdən biri də mərhum xalq artisti İlhamə Quliyeva olub. Müğənni aralarındakı dostluq əlaqələrinə bu cür şərh vermişdi: “Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun “qara işləri”ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı “Qarabulaq”a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi “Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim”.

Onunla birgə fotosunun olması müğənni Eyyub Yaqubovun da bu “dost” siyahsına düşməsinə səbəb olmuşdu. Belə ki, Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Lakin müğənni bununla bağlı açıqlama verməkdən yayınmışdı.

Müğənni Manana Çaparidze də adı kriminal aləmlə bağlı hallanan müğənnilərdən biridir. Belə ki, 2006-cı ildə onun Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. İddialara görə, H.Məmmədov M.Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə edibmiş.

Müğənni bu haqda yayılan məlumatlarla bağlı bir açıqlama vermişdi: “Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”.(musavat.com)



Xəbərin oxunma sayı : 439




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap