Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kriminal müharibə başladı: “Lotu Quli“nin adamları Lənkəranskinin tərəfdarlarını güllələdi

Tarix 02.04.18, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın Xarkov şəhərində martın 30-na keçən gecə azərbaycanlıların "Ağdam” restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insidentə dair yeni məqamlar ortaya çıxıb.

AzFakt.com yenicag.az-a istinadən xəbər verir ki, hücum edənlər "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovun briqadasının üzvləridir. Briqadanın üzvləri 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru” Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar.

Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.

Xəbər verdiyimiz kimi, həmin gün "Ağdam” restoranından çıxan bir qrup qafqazlı restoranın qarşısında dayanmış avtomobildəki bir qrup silahlı şəxs tərəfindən atəşə tutulub. Avtomobildə 4 nəfər olub. Onlardan ikisi kalaşnikov avtomatı ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarının birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb. Əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir kalaşnikov avtomadı və güllələr tapılıb.



Hüquq-mühafizə orqanındakı mənbələr bildirirlər ki, hazırda şəhərdəki xarici disporun biznesinin strateji bölgüsü gedir. Belə ki, şəhərdə "Şərq korpusu” adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusu” arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər aylıq haqq verməlidir. Lakin bəziləri bununla razılaşmayıb. Nəticə də kriminal müharibə başlayıb.








Xəbərin oxunma sayı : 1300




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap