Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

KTN rəsmisi:“Yarmarkaların məqsədi süni qiymət artımının qarşısını almaqdır“

Tarix 09.03.19, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


“Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtın 14 ünvanında keçirilir. Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin, yerli rayon icra hakimiyyəti strukturlarının və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunur”.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev deyib.

Onun sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır: “Yarmarkalara fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır. Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda iştirak etmək istəyən fermerlərin məhsullarının paytaxta çatdırılmasında nəqliyyat baxımından kömək edir. Həmçinin yarmarkalarda iştirak pulsuzdur. Bu amillər bazara çıxarılan məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarır. Apardığımız müşahidələr göstərir ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır”.





Xəbərin oxunma sayı : 130




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap