Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Laçında məmurlar büdcəni belə talayır

Tarix 02.12.16, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Laçın rayonunun bir çox idarə və müəssisələrində qanun pozuntusuna yol verilir.

Bu barədə Politika.Az-a oxucumuz olan rayon sakini Həsənzadə Şamil Əsəd oğlu bildirib. Ş.Həsənzadə qeyd edir ki, həmin idarə və müəssisələrin rəhbərləri içərisində ən özündənrazı və heç kimi saymayanı rayon Məşğulluq Mərkəzinin rəhbəri Balay Bəndəliyevdir: “O hesab edir ki, rayon məşğulluq mərkəzi onun şəxsi biznesidir. Təsəvvür edin, Bakı, Sumqayıt, Abşerin və digər şəhər və rayonlarda yaşayanların adına işsizlik müavinəti yazaraq yarı-yarıya bölür. Bunu hamıya, hətta Qarabağ əlillərinə, onların övladlarına da edir. Bu yaxınlarda Qarabağ əlillərindən birinin işdən çıxan və mərkəzə müraciət edən oğluna da eyni təklifi edib, lakin o, bundan imtina edib. 

Mən üzümü tuturam Cənab Prezidentə və deyirəm ki, Balay Bəndəliyev insanları ölkə rəhbərliyindən narazı salmaqla məşğuldur. Hətta ARDNŞ-dən işdən azad olunanların da adına pul yazaraq mənimsəyir. Onun bu hərəkətlərinə etiraz edənləri, o cümlədən də məni hədələyir, təhqir edir, polisə verib tutduracağı ilə qorxuzmağa çalışırq”. 

Oxucumuz sual edir: “Görəsən necə oldu ki, Laçın işğal olunmamışdan əvvəl sürücü işləyən Abbasov Əlizamin ali təhsilli kadra çevrildi?” Və daha sonra qeyd edir: “Bu “kadr” elə “mütəxəssisdir” ki, “JEK” müdiri işləyir. Özü də Laçın rayonu 552-lər qəsəbəsində ev alveri ilə məşğuldur. Bir evi sənədləşdirmək üçün 1000 manat rüşvət alır. Heç bir məmur və ya vətəndaşın dövlət tərəfindən verilən evi satmağa ixtiyarı yoxdur. Amma Ə.Abbasov hətta öz evini belə satıb. O, qəsəbədə yolların təmirinə ayrılan pulları təyinatı üzrə xərcləməyərək Sumqayıt şəhərində və Ağcabədi rayonunda özünə şəxsi villalar tikməyə sərf edib. Ə.Abbasov hətta “JEK”-in xidməti maşınlarını öz şəxsi işlərinə işlədir, dövlət hesablı yanacağı özünün fermalarında sərf edir”. 

Şikayətçi sonda qeyd edir ki, Ə.Abbasov Laçın rayon icra başçısı Aqil Nəzərlinin yaxın qohumudur. 



Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap