“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Laçınlı döyüşçülərdən Prezidentə müraciət: “Bir yolumuz var...”

Tarix 07.10.19, 23:51

Font ölçüsü : - / +
bitmap-img6


Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik.



Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik.
 
Siz Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız.
 
Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı biz həqiqi döyüşçüləri əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək.
 
Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur.
 
Azərbaycanın inkişafını gözü götürməyənlərin, düşmən dəyirmanına su tökənlərin, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir. Bizim bir yolumuz var: O da Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur”.
 
Qeyd edək ki, müraciəti ümumilikdə 96 nəfər imzalayıb.





Xəbərin oxunma sayı : 226




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap