Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Lavrov-Blinken görüşü - Gözlənilən nəticəsizlik

Tarix 21.01.22, 18:09

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ gələn həftə Rusiyaya yazılı cavab verəcək

Bütün dünyanın diqqət mərkəzində olan Rusiya XİN başçısı Serqey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında Cenevrədə keçirilən görüş cəmi saatyarım davam edib. Lavrov görüşün vaxtının elə saatyarım nəzərdə tutulduğunu bildirsə də, Qərb KİV-ləri onun daha uzun çəkməsinin planlaşdırıldığını iddia edirlər.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, gözlənildiyi kimi, görüşdə Ukrayna ətrafındakı gərginliyin aradan qaldırılmasıyla bağlı hansısa ciddi nəticə əldə olunmayıb.

Əslində, hələ görüşdən əvvəl Blinken Cenevrədə ciddi irəliləyişə nail olunacağını güman etmədiyini bildirmişdi. Görüş zamanı isə Lavrov onun bu açıqlamasına cavab olaraq deyib ki, Rusiya tərəfi də hansısa ciddi nəticə gözləmir və sadəcə, ABŞ-dan bir müddət əvvəl Rusiyanın yazılı surətdə təqdim etdiyi tələblərə yazılı cavab istəyir.

Görüşdən sonra jurnalistlərə açıqlama verən S.Lavrov deyib ki, ABŞ gələn həftə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab verəcək. Bunu görüşün əsas nəticəsi hesab etmək olar. Çünki bundan öncə Blinken ABŞ-ın Rusiyanın qəbulolunmaz tələblərinə hər hansı yazılı cavab verməyə hazırlaşmadığını bəyan etmişdi.

Daha sonra Lavrov bir daha Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşmadığını deyib və əksinə, Ukrayna tərəfini aqressivlikdə günahlandırıb: “Zelenski elan edib ki, kim özünü rus hesab edirsə, Rusiyaya çıxıb gedə bilər. Odur ki, kim hədə-qorxu gəlir və bunun nə ilə nəticələnə biləcəyi böyük sualdır.”

CNN müxbirinin nədən Ukraynaya qarşı müdaxilə təhlükəsinin məhz indi yarandığı barədə sualına cavab olaraq isə Lavrov deyib: “Siz iddia edirsiniz ki, biz Ukraynaya hücum etməyə hazırlaşırıq, biz isə dəfələrlə demişik ki, hazırlaşmırıq.”

Bütün bunlara baxmayaraq, Lavrov görüşü “xeyirli” adlandırıb. XİN başçısı deyib ki, bundan sonra iki ölkə arasında dialoqun “daha az emosional” şəkildə davam edəcəyinə ümid bəsləyir. 

Lakin o, buna heç bir təminatın olmadığını da xüsusi vurğulayıb: “Bizim doğru, yaxud səhv yolda olduğumuzu deyə bilmərəm. Bunu Amerikanın bizim təkliflərin bütün bəndlərinə kağız üzərində cavabını aldıqdan sonra anlayacağıq.”



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap