“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir - Açıqlama

Tarix 12.02.25, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət öncə ləğv edilən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçmiş əməkdaşlarına son üç ayın məvacibi, həmçinin işlərini itirmələri ilə əlaqədar ödənməli olan kompensasiya verilmir.​

“Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən qurumda çalışan şəxslər bildiriblər.

Onların sözlərinə görə, əməkhaqları ödənilmədiyindən 3 ay ərzində banklara borcları yığılıb qalıb.

Hazırda Mərkəzlə bağlı Ləğvetmə Komissiyası yaradılıb və komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovdur.

Həmin şəxslərin əməkhaqları və kompensasiyalarının ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirilməsi üçün ƏMDX-yə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvi ilə bağlı komissiya yaradılıb. Mülki Məcəllənin 59-61-ci maddələrində nəzərdə tutulmuş tələblər çərçivəsində ləğvetmə prosesi davam etdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar çərçivəsində Tərcümə Mərkəzinin əməkdaşlarının əməkhaqqı və digər təminatlarının verilməsi öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi 23 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Mərkəz 2 milyon 40 min 124 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Afaq Məsud Məsud qızıdır.

“Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabrın 21-i ləğv edilib.



Xəbərin oxunma sayı : 877




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap