Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lələtəpə döyüşünün iştirakçısı Mehriban Əliyevadan kömək istəyir -3 yaşlı Əlinin müalicəsi yarımçıq qalıb

Tarix 23.04.19, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Lələtəpə döyüşünün iştirakçısı, Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün Haciyev Pərviz Rahib oğlu 06.09.2016-cı il təvəllüdlü övladı Hacıyev Əlinin ağır xəstəliyinin müalicəsi üçün yenidən Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik.

"Çox hörmətli Mehriban Əliyeva, mən məcburi köçkün, Xocavənd rayon Tuğ kənd sakini, Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirkaçılardan biri olaraq sizə müraciət edərək, övladım Əli Hacıyevin "ikitərəfli çox ağır dərəcəli neyrosensor ağıreşitmə" xəstəliyinin müalicəsi üçün yardım istəmişdim. Etdiyim müraciətdən sonra rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu oğlum Əli Hacıyevin xəstəliyinin müalicəsini üzərinə götürdü. 

Heydər Əliyev Fondunun dəstəyi ilə oğlum Əli Hacıyev 2017-ci ilin iyun ayında Mərkəzi Neftçilər Xəstəxanasında cərrahiyyə əməliyyatı olundu. Uğurlu keçən cərahiyyə əməliyyatından sonra həkimlər bildirdilər ki, oğlumun eşitməsi üçün 4 aydan sonra ikinci qulaq plant cərrahiyyə əməliyyatı keçiriləcək. Ancaq üstündən 2 il keçməsinə baxmayaraq, oğlum Əli Hacıyevin ikinci qulaq plant əməliyyatı həyata keçirilmir. Həkimlər bildirirlər ki, cərahiyyə əməliyyatı gecikərsə oğlum eşitmək qabiliyyətindən mərhum olacaq. 

Hörmətli Mehriban xanım, oğlum Əli Hacıyevin yarımçıq qalmış əməliyyatının davam etdirilməsi üçün bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etsəm də, "Heydər Əliyev Fonduna müraciət edin" cavabını almışam. Heydər Əliyev Fonduna müraciət edəndə isə "artıq bu işlərlə maraqlanmırıq" cavabı verilib. 
Çox hörmətli birinci vitse-prezident, ailəmizin ümid yeri siz və cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir. Sizdən xahiş edirik, övladımızın yarımçıq qalmış ikinci qulaq plant əməliyyatının keçirilməsinə köməklik göstərəsiniz. 

Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün, Hacıyev Pərviz
Əlaqə nömrəsi (051) 421-81-80









Xəbərin oxunma sayı : 1018




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap