İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı Aygünün qızından yeni fotolar Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“ Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”
Axtar
 
  • / Maqazin / — 11 Dekabr 2018

    İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

  • / Maqazin / — 29 Noyabr 2018

    Aygünün qızından yeni fotolar

  • / Maqazin / — 28 Noyabr 2018

    Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“

  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

Lənkəran su tikinti”də yeyinti: Taleh Qaraşov kimi himayə edir?

Tarix 12.03.18, 2:13

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran şəhər sakini, Ş.Xiyabani 157, mənzil 8-də yaşayan, təqaüdçü Məmmədov Nazim Qulam oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb

Fia.az-ın xəbərinə görə, o, müraciətində rayondakı məmur özbaşınalığından və üzləşdiyi qanunsuzluqlardan bəhs edib.

“Dövlət əmlakını dağıdanlara, korrupsiya, rüşvətxorluqla məşğul olanlara qarşı ictimaiyyət də biganə qalmamalıdır.

Çağrışınıza mən də ictimaiyyətin bir üzvü olaraq, qoşulmuş, sizin sözünüzü özümə arxa bilib, “Lənkəransutikinti” Özəl TM-nin müdiri Ələkbərov Həsənağa Məhərrəm oğlunun dövlət əmlakının mənimsəməsi və işində korrupsiya ilə məşğul olması barədə faktlar əsasındakı materialları Sizə və aidiyyatı orqanlara göndərmişəm”, – deyə N.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Prezident Adminstrasiyasına ünvanladığı müraciətlərin cavabları araşdırılmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə göndərilsə də, ona kömək etmək əvəzinə, həmin müraciətləri H.Ələkbərova təqdim ediblər.

“O da Lənkəran İcra Hakimiyyəti tərəfindən verilmiş həmin məktublara siyasi don geyindirərək məni məhkəməyə verib.

Bir sözlə, bir vətəndaş olaraq, mənə sayğısızlıq edilmiş, Prezidentə ünvanladığım məktublarımın cavabını mənə vermək əvəzinə, Ələkbərov Həsənağa Məhərrəm oğluna veriblər.

Cənab Prezident, Ələkbərov Həsənağanın faktlar əsasında cinayət xarakterli əməlləri barədə birinci dəfə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova müraciət etmişəm.

Müraciətimə Taleh Qaraşovun müavini Möhübbət Babayev cavab verərək bildirib ki, Ələkbərov Həsənağanın cinayət xarakterli əməllərini bizə yox, aidiyyatı orqanlara müraciət etməyiniz tövsiyə olunur”.

Şikayətçi M.Babayevin dediyi kimi hərəkət edib: “Sonradan başa düşdülər ki, Ələkbərov Həsənağanın cinayət xarakterləri əməllərinə şərait yaradan və ona göz yuman elə Lənkəran İcra Hakimiyyətinin özü imiş.

Bunu gec başa düşən Lənkəran icra başçısı Taleh Qaraşov və Möhübbət Babayev məni susdurmaq məqsədi ilə Ələkbərov Həsənağa ilə birləşərək ona himayədarlıq etməyə başlayıblar. Mənim Prezidentə göndərdiyim müraciətlərimə siyasi don geydirənlər də bunlar olub”.

T.Qaraşov Lənkərana icra hakimi təyin olunan tarixdən müxtəlif qanunsuzluqlarda adı hallanır.

T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Yerli sakinlər Süleyman Mikayılovu ondan daha yaxşı xidmət etdiyi fikrindədirlər.

Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi işlər olub.

Məlumata görə, Nicat Bağırovun rəhbərlik etdiyi “Lənkəran Yol Tikinti” ASC-i Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikinti üzrə tenderin qalibi olub.

Təxminən 3.2 milyon manat smeta dəyəri olan Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinin keyfiyyəti bu əməliyyatda qaranlıq məqamlar olduğunu düşünməyə əsas verir.

Çox maraqlıdır ki, “Lənkəran Yol Tikiniti” ASC-nin təxminən 3 milyon manat büdcə pullarının sərf etdiyi Lənkəran şəhərin daxili avtomobil yollarının keyfiyyəti qane edici deyil. T.Qaraşovun isə yeni korrupsiya bulağı olan kanalizasiya sistemi təzə gəlir gətirir.

Lənkəranda bineyi-qədimdən kanalizasiya xətti olmayıb. Bu gün də yoxdur. Sabah da olacağına ümid verilmir. Di gəl ki, 2013-cü ildən sonra şəhərdə kanalizasiya sistemi qurulmalıydı, qurulmadı.

Necə deyərlər, “it də getdi, ip də”. Yəni, ayrılan pullar da yoxa çıxdı, kanalizasiya da… O vaxt prezident Lənkərana getmişdi.

“Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov, icra başçısı Taleh Qaraşov açılış mərasimində iştirak eləmişdilər.

İl 2013. Şəhərdə su və kanalizasiya sistemlərinin qurulmasına pul ayrılıb. Əhalinin içməli su ilə təmin olunması reallaşsa da, kanalizasiya xülyaya çevrilir.

Əslində, Lənkəranda içməli su təchizatına ciddi ehtiyac yox idi, yerli camaat təsdiqləyər ki, hər kəsin həyətində su quyuları var. Amma insafən, Xanbulandan gələn təmiz su həyətlərə çəkilən su xətlərinə verilməklə təqdirolunası təşəbbüs idi.

Həmin dövrdə su ilə bərabər kanalizasiya sisteminin qurulması üçün Lənkəranın yolları qazıb tökdülər. Şəhərdə nəqliyyatın hərəkəti iflic oldu. Hətta başdan-ayağa qazılmış Lənkərandan görüntüləri mətbuatda təqdim edilmişdi.

Amma qazılıb tökülən, darmadağın edilən Lənkəran yollarını təzədən torpaqlayıb işi saxladılar. Nə kanalizasiya sistemi quruldu, nə də yolların asfaltı normal səviyyədə bərpa edildi.

Eyni ərəfədə Masallıda da kanalizasiya sistemləri qurulurdu. Bu cənub şəhərinin yolları da qazıq-qazıq olunmuşdu. Amma kanalizasiya sistemi quruldu.

Hətta Masallının icra başçısı Rafil Hüseynov müsahibəsində demişdi ki, proses ağırdır, amma mümkündür.

Lənkəranda isə müəmmalı şəkildə kanalizasiya sisteminin qurulması işi “dəfn” olundu. ŞİH-nin mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 778

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda