Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lənkəranda evə basqın nəticəsində yaralanan baş həkim dünyasını dəyişib

Tarix 27.03.17, 0:38

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Lənkəran rayonunun Xolmili kəndində gecə saatlarında evə edilən basqın nəticəsində ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi Vahab Səfərov bu gün vəfat edib.

Mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, bir neçə gün öncə paytaxt klinikalarının birində müalicə alan həkimə həmkarlarının etdiyi müalicə səmərəsiz olub. Günorta saatlarında dünyasını dəyişən həkimin cənazəsi bu saatlarda yaşadığı evə gətirilib.

Mərhum bu gün kənd qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb və küt alətlə başına zərbələr endirilib. Yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, sonradan isə paytaxtdakı klinikalardan birində edilən müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran şəhər Polis şöbəsində araşdırmalara başlanılıb.



Xəbərin oxunma sayı : 127




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap