Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lənkəranskidən sonrakı böyük hesablaşma: silahlar çəkildi

Tarix 13.06.17, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


Rövşən Lənkəranskinin ölümündən sonra Türkiyədəki kriminal qruplaşmalar arasında hesablaşma davam edir. 

AzFakt.com cebhe.info-ya istinadən xəbər verir ki, bu günlərdə Türkiyədə 63 yaşlı Tamaz Barkalay "oğru" titulundan məhrum edilib. O, kriminal aləmdə Kotoma Senakskiy kimi tanınır. Bundan əvvəl isə o,  gənc "oğru"lar  Laşa Bardjqa, Aleko Şoşiya və Enso Batumski tərəfindən döyülüb. Hətta tərəflərin silaha əl atmaq istədikləri də yayılan məlumatlar arasındadır.

Türkiyədəki “oğru” qruplaşması əsasən Gürcüstandan deportasiya edilən şəxslərdən formalaşdırılıb. Eyni zamanda bu qruplaşmanın sırasında Ukrayna və Rusiyada hüquq-mühafizə orqanları ilə problem yaşayan "oğru"lar da qatılıb.

Həmin qruplaşma üzvləri Türkiyəyə yerləşənə qədər isə orda kriminal aləmin “xaç atası” olmağa iddialı Kürd Şakronun tərəfdarları toplaşıb. İki qruplaşma qarşı-qarşıya gəlib. Qruplamalardan birinə Oniani və Temur Cvanqeladze və kürəkəni Temur Şuradze (Şoşiya), ikincisinə isə Ded Xasanın nümayəndəsi Merab Mzarelua və onun kürəkəni Qela Kardava rəhbərlik edib. Rusiya kriminal aləminin "xaç atası" Ded Xasanın ölümündən sonra o zamana qədər tərəfsiz qalanlar Oniani-Cvanqveladze qruplaşmasına qoşulub.

Türkiyədəki qruplaşmalar arasında böyük nüfuza malik olan Rövşən Lənkəranski "oğru"ların müstəqil maliyyləşmə arzusuna son qoyaraq onları öz ətrafında, başqa sözlə desək, öz vəsaiti ətrafında birləşdirib. Ancaq R.Lənkəranskinin ölümündən sonra qruplaşma üzvləri pulsuzluqdan şikayətlənməyə başlayıb. Bu isə qruplaşmaların hətta öz daxilində də qarşıdurmaya yol açıb.

Qocaman "oğru"nun döyülməsi də məhz Türkiyədəki bu qruplaşmalar arasında yaranan qarşıdurmanın nəticəsidir.



Xəbərin oxunma sayı : 406




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap