Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Lənkəranskinin qardaşı bəraət aldı - Sənəd

Tarix 19.01.18, 19:06

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət öncə "Lotu Quli"yə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və digərlərinin azadlığa çıxdığını xəbər vermişdik.

AzFakt.com xəbər verir ki, yenicag.az İstanbul Bakırköy məhkəməsinin Namiq Canıyev barədə çıxardığı qərarı əldə edib. İstintaq zamanı Namiq Canıyev başda olmaqla, digər şübhəlilər - Əli Abdullayev, Camal Həsənov və Hacıbaba Talıbxanlının ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmədə bu qərar ləğv edilib. Şübhəli bilinən şəxslərin qərara etiraz etməsi ilə yenidən araşdırma aparılıb və yekun qərar verilib. Son qərara görə, Canıyev və digərləri bəraət alıblar. Bu prosesin tezləşdirilməsində qardaş ölkədə yaşayan nüfuzlu bir azərbaycanlı iş adamının rolunun olduğu bildirilir.

Əldə edilən məlumata görə, məhkəmə qərarı ilə bəraət alan Lənkəranskinin qardaşı vəzifəyə də qayıda bilər. Hazırda sərəncamda olan Canıyevin sui-qəsd iddiasında heç bir günahı olmadığı artıq rəsmən öz təsdiqini tapıb. Belə olan halda Namiq Canıyevin ya əvvəlki vəzifəsinə qayıdacağı, ya da başqa bir posta göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən sui-qəsd iddiasından sonra Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.








Xəbərin oxunma sayı : 760




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap