Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lənkəranskinin qardaşı polis nəzarətinə götürüldü

Tarix 10.01.18, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


“Sputnik Azərbaycan” 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevin İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılması barədə xəbər yayıb

Sayt Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirib ki, guya Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (“Lotu Quli”) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad ediliblər.

Virtualaz.org-un səlahiyyətli mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya həqiqətə uyğun deyil. Namiq Canıyev Azərbaycanın 4 vətəndaşı ilə birlikdə yalnız zaminə buraxılıb.

Onlara Türkiyəni tərk etmək qadağan edilib. Üstəlik onlar, məhkəmə təhqiqatının tamamlanmasına qədər, gündə iki dəfə türk polisində qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Namiq Canıyev noyabrın 2-də Türkiyə polisinin keçirdiyi operativ əməliyyat nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Onun da daxil olduğu 13 nəfərlik qrup 22 illik həbsxana həyatından sonra Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmış və Türkiyəyə getmiş “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd planlaşdırmağa cəhd edib. Onlar “Lotu Quli” və ətrafı ilə haqq-hesab çəkmək istəyirlərmiş...



Xəbərin oxunma sayı : 175




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap