|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Lənkəranskiyə yaxın avtoritetlər Şamaxıda – Amansız cəza, atışma…
Tarix 16.02.18, 16:00 |
|
Odlu silahla cinayət törətməkdə təqsirli bilinən Şamaxı şəhər sakini Sadiq Hüseynov, Rusiya Federasiyasının Saxalin vilayətində anadan olmuş Əziz Əzizov və Qobustan rayon sakini Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com bildirir ki, təqsirləndirilən şəxslər kriminal aləmin üzvləri olub. Sadiq Hüseynov və Əziz Əzizov Rövşən Lənkəranski tərəfdalarına yaxınlıqları ilə seçiliblər.
Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər xeyli əvvəl baş versə də, bu işi üzrə məhkəmə instansiyalarında uzun zaman araşdırma aparılıb.
Qadının evindən oğurluq…
İttihama görə, 9 avqust 2011-ci il tarixdə Sadiq Hüseynov Lətif Nəbiyevlə yaxın dost münasibətlərində olan Famil Hümbətova zor tətbiq edib, ona məxsus “Santa Fe” markalı avtomaşını əlindən alıb.
Famil Hümbətovun xahişi ilə Lətif Nəbiyev Sadiq Hüseynovla görüşüb, avtomaşının geri qaytarılmasına nail olsa da, həm danışıqlar və avtomaşının qaçırılması zamanı, həm də sonra Sadiq Hüseynovdan narazı qalıb.
Lətif Nəbiyev Sadiq Hüseynovu “cəzalandırmaq” barədə başqa şəxsin xahişi ilə onu avqustun 11-də saat 18.00-da Pirqulu yolunda yerləşən “Məlhəm” restoranının yaxınlığına çağırıb. Həm Lətif Nəbiyev, həm də Sadiq Hüseynov görüşə başqa şəxslərlə gəlib.
Görüş zamanı Sadiq Hüseynov davaya gəlmiş şəxslərin gözü qarşısında kəsici və küt əşyalarla Lətif Nəbiyevi vurub.
Bundan başqa, o, 18 avqust 2012-ci il tarixdə başqa bir şəxslə Şamaxı rayonunun Göylər kəndinə gedən yolda “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Mirələm Daşdəmirova hücum edib, döyərək ona bədən xəsarəti yetiriblər.
Həmin il sentyabrın 26-da Sadiq Hüseynov yaxın münasibətdə olduğu Nuranə Üzeyirovanın Şamaxı şəhəri, Cavanşir Balayev küçəsindəki yaşayış sahəsinə girib. Oradan 973,4 manat dəyərində “Toshiba” markalı kompüteri, 230 manatlıq “Nokia C-3” markalı mobil telefon aparatını oğurlayıb.
O, oktyabrın 31-də Əziz Əzizov və başqaları ilə Şamaxı şəhərində “Turist” restoranında olarkən Nuranə Üzeyirovanın yaşadığı evdən oğurladığı “Toshiba” markalı noutbukui geri almaq üçün Bakıdan ora gələn Cəsur Səbzəliyevə qarşı xuliqanlıq edib, ona nalayiq söyüşlər söyüb.
Daha sonra bıçaqla Cəsur Səbzəliyevin baş nahiyəsinə vurub, yanındakılarla birlikdə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Cəsur onların əlindən çıxaraq restoran binasının qarşısına qaçıb. Amma orada da ondan əl çəkməyiblər.
Cəsur Səbzəliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Sadiq Hüseynov Lətif Nəbiyevlə şəxsi ədavət zəminində 20 noyabr 2012-ci il tarixdə onu öldürmək niyyəti ilə Əziz Əzizovla cinayət əlaqəsinə girib.
Onlar ov tüfəngi götürərək “VAZ-21154” markalı avtomaşınla Lətif Nəbiyevi axtarıblar. Saat 17.00-da Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində “Mebel” mağazasının qarşısında Lətif Nəbiyevi tapa biliblər. Sadiq Hüseynov odlu silahla Lətif Nəbiyevə məxsus “Lexus RX-350” markalı avtomaşına 2 dəfə atəş açıb.
Daha sonra Lətif Nəbiyev avtomat silahla Şamaxı-Bakı magistral yolunda “Turist” restoranının yanına gəlib. Orada Sadiq Hüseynov və Əziz Əzizova bir neçə dəfə atəş açıb. Sadiq Hüseynov qolundan, Əziz Əzizov isə kürəyindən yaralanıb.
Əzizin maşını yolun sol kənarına çıxaraq ağaca dəyib. Lətif Nəbiyev öz maşınında hadisə yerindən Şamaxı şəhərinə qayıdıb.
Maşına atəş açmamışam
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Hüseynov noyabrın 20-də Əziz Əzizovun maşınından Lətif Nəbiyevin maşınına atəş açmadığını deyib: “Həmin gün ümumiyyətlə Lətif Nəbiyevi görməmişəm və aramızda heç bir hadisə baş verməyib. Amma Əziz Əzizovun “VAZ 21154″ markalı avtomaşınına naməlum avtomaşından atəş açılmasını təsdiq edirəm.
Həmin avtomaşının Lətif Nəbiyevə məxsus olub-olmadığı barədə məlumatım yoxdur. Lətif Nəbiyevin avtomaşınında karteç qırıqları aşkar edilməsini isə onun və tanışlarının mənə qarşı sübut toplanması məqsədi ilə avtomaşına özlərinin atəş açmaları kimi qiymətləndirirəm”.
Birlikdə “Turist” restoranına gəldik
Sadiq Hüseynov qeyd edib ki, zərərçəkmiş Nuranə Üzeyirova ilə isə münasibətləri olub: “Lakin “Toshiba” markalı kompüteri oğurlamamışam. Nuranənin mobil telefonunu dəyişib ona bahalı telefon almışıq. Bundan sonra bir nəfər yaxınlaşaraq satılan telefonun onun adına kreditdə olduğunu bildirdi. Mən də həmin şəxsə şikayət etməyi təklif etdim. Həmin şəxslə mübahisə zamanı bıçaqdan istifadə olunmayıb”.
Təqsirləndirilən Əziz Əzizov bildirib ki, Sadiq Hüseynovla dost olub: “Daim Sadiqin yanında olan Elçini, “Mosu” ləqəbli Dünyamalını, idmançı Elgünü, “Qarğa” ləqəbli Anarı yaxından tanıyıram. Oktyabrın 31-də gündüz vaxtı Sadiqin təklifi və adlarını çəkdiyim şəxslərlə “Turist” restoranına gəldik. Həmin gün restoranda başqa şəxslər də vardı, həyətdə 5-6 avtomaşın dayanmışdı. Qonşu çardaqlarda da oturanlar çox idi.
Restoranda bir çardaqda mən, Sadiq, Elgün, “Mosu”, Elçin, “Qarğa” Anar və Natiq oturmuşduq. Çay içdiyimiz zaman həmin restorana kənar şəxslərin gələcəyini bilmirdik. Sadiq bu barədə heç bir söz deməmişdi. Mobil telefonuna tanımadığı şəxsdən zəng gələndə Sadiq onu restorana dəvət etdi”.
Sadiq telefon zəngindən sonra qəzəbləndi
Əziz Əzizovun sözlərinə görə, Sadiq Hüseynov telefonla danışanda söhbətin kompüterin qaytarılmasından getdiyini başa düşüb: “Ancaq konkret hansı kompüterin nəzərdə tutulduğunui bilmədim. Çünki bu barədə heç bir məlumatım yox idi.
Sadiq həmin şəxslə danışdıqdan sonra özünü çox aqressiv apardı. Kompüterin qaytarılması söhbətinin xoşuna gəlmədiyini başa düşdüm. 15-20 dəqiqə sonra restoranın həyətinə “Mercedes” markalı avtomaşın daxil oldu. Maşından düşən iki nəfərdən biri – tanımadığı şəxs oturduğumuz çardağa tərəf hərəkət etməyə başladı, o biri isə avtomaşının qapısını bağlamaq üçün ləngidi.
Bizə yaxınlaşan şəxs Sadiqi soruşdu. Sadiq onu qarşıladı və kompüterlə bağlı söhbət başladı. Söhbətə diqqət eləmədim. Lakin Sadiqin “kompüter qaytarılmayacaq” sözlərini eşitdim. Onların söhbəti təxminən 3-4 dəqiqə çəkdi”.
Külqabını başına çırpdı
Əziz Əzizovun sözlərinə görə, Bakıdan gələn şəxs Sadiqdən kompüterin dərhal qaytarılmasını tələb edib: “Bu zaman Sadiq, Elgün, “Mosu” onu döyməyə başladılar. Süfrədə olan qab-qaşığı onun başına çırpırdılar. Qonaq da müqavimət göstərdi, masada olan qənddanı Sadiqin başına vurdu.
Bundan Sadiq, mən və yanmızda olan dostlar çox əsəbiləşdik. Hamımız onun üstünə düşdük.
Həmin şəxs əllimizdən qaçmaq istədi, uşaqlardan biriylə Sadiq onun dalınca getdi. Döyülən şəxs yerdən taxta parçası götürüb Sadiqi vurmaq istədi. Dostlardan kimsə taxta parçasını alıb, bir neçə dəfə onun özünü vurdu. “Mercedes” markalı avtomaşının sürücüsü öz tanışını müdafiə etmədi. O, ümumiyyətlə bizə yaxınlaşmadı”.
Lətif maşını saxlamaq işarəsi verdi, Sadiq “sür” dedi
Təqsirləndirilən şəxs qeyd edib ki, Bakı şəhərindən gəlmiş şəxslər qaçdıqdan sonra dostlar restorandan çıxıblar: “Bir neçə gündən sonra Sadiqi Bakı şəhərinə apardım. Sadiq orada döyülən şəxsin dostu Rza ilə görüşərək xahiş etdi ki, şikayət olmasın.
Noyabrın 20-də saat 15 radələrində avtomaşınımla evdən çıxaraq usta yanına getdim. Usta ilə söhbətdən sonra maşına tərəf gələndə Sadiqi gördüm. O, mənim maşınıma oturdu, məscidin yanına gəldik.
Bu zaman arxadan qara rəngli “Lexus RX 350″ markalı avtomaşında yaxşı tanıdığım Lətif gəlirdi. O, maşının işıqları ilə mənə avtomaşını saxlamaq işarəsi verdi. Sadiq də Lətifin bizi saxlatmaq istədiyini gördü. O, maşını saxlamamağımı istədi. Mən də sürəti artırdım.
Lətiflə Sadiq arasında münasibətlərin çox gərgin və bir ildən artıq düşmənçilik həddində olduğu mənə əvvəldən məlum idi”.
Maşının pəncərəsindən atəş açdı
Əziz Əzizov deyib ki, bir il əvvəl Şamaxı şəhərində olmadığı vaxtda Lətiflə Sadiq dalaşıb və aralarında düşmənçilik yaranıb. Eşitdiyinə görə, onlar bir-birilərinə Şamaxıda gəzməyə imkan verməyəcəklərini, şəhərdə gördükdə “atacaqları” ilə hədə-qorxu gəliblər: “Buna görə Sadiqin göstərişi ilə Lətifin işarəsinə əhəmiyyət vermədim, avtomaşını saxlamadım. Sadiqi evinə gətirdim.
Sadiq mənə gözləməyi tapşırdı, özü evə getdi. 1-2 dəqiqə sonra ov tüfəngi ilə evdən çıxdı. Sadiqin Lətiflə yolda görüşəcəyini başa düşüb ondan heç nə soruşmadım. Sadiq onu avtovağzal tərəfə aparmağımı istədi. Lətifin orada olacağını başa düşdüm və avtomaşını Şirvani küçəsi ilə avtovağzala sürdüm. Dördyoldan keçib, mebel mağazasının qarşısına çatanda Lətifin “Lexus RX 350” markalı avtomaşınının paralel getdiyini gördüm.
Lətif maşını irəli sürdükdə, Sadiq mənə yaxınlaşmaq göstəriş verdi. Sadiqin Lətifə atəş açacağını başa düşdüm.
Sadiq əlinin altında atəş üçün hazır saxladığı tüfəngin lüləsini pəncərədən çıxardı, mebel mağazasının qarşısında 1-2 metr məsafədən Lətifin avtomaşınına iki atəş açdı.
Güllələr avtomaşının arxa sağ “stopfara”sına və arxa şüşəsinə dəydi”.
Avtomaşına tək-tək atəş açırdı
Əziz Əzizov bildirib ki, Lətifin həmişə avtomatla gəzdiyini bilib: “Bu səbəbdən qaçmaq üçün əyləci çəkərək avtomaşını yerində 180 dərəcə fırlatdım və geriyə sürdüm. Lətif də avtomaşınını geri döndərdi, bizim getdiyimiz yola qayıtdı. Oradan avtomat silahdan bir dəfə atəş açdı. Lakin güllə avtomaşınıma dəymədi. Magistral yola çıxaraq sürətlə Bakı istiqamətinə döndüm və sürməyə başladım.
Avtovağzalın dairəsini keçdim, “Turist” restoranına çatdıqda sol güzgüdən arxadan Lətifin “Lexus” avtomaşını ilə bizə çatdığını gördüm. Sürəti artırsam da Lətif bizə çatdı, avtomaşından atəş açdı. Həmin gün xırda yağış yağdığından yer nəm idi, həmçinin sürət yüksək olduğundan, avtomaşın sürüşərək yolun sağ hissəsinə çıxdı, ağaca çırpıldı. Lətif dayanmış vəziyyətdə olan avtomaşına tək-tək 5-6 dəfə atəş açdı. Güllələr sağdan avtomaşını tutdu, biri mənim belimi sağ tərəfdən, Sadiqi isə sol qolunun yuxarı hissəsindən yaraladı.
Lətif getdikdən sonra Sadiq dostumuz Elçinə zəng etdi. 5-6 dəqiqə keçməmiş Elçin həmişə idarə etdiyi Dubay variantlı “VAZ 2121″ markalı hadisə yerinə gəldi. Biz Elçinin avtomaşınına oturduq və Bakı istiqamətinə getdik”.
Məni restorana dəvət etdi
Təqsirləndirilən Lətif Nəbiyev bildirib ki, 2010-cu ildə Rusiya Federasiyasından deportasiya olunub: “Azərbaycana qayıtdığım vaxtlarda Şamaxı şəhərində Sadiq Hüseynovla tanış oldum. Aramızda normal dost münasibətləri vardı.
Lakin sonralar Sadiq Hüseynovun bəzi hərəkətlərinə görə münasibətlərimiz pisləşdi.
Avqustun 9-da Sadiq Hüseynov heç bir səbəb və əsas olmadan qohumum Mübarizin dostu Famil Hümbətovun avtomaşınını əlindən alaraq naməlum yerə sürmüşdü. Famil Hümbətov Şamaxı rayon polis şöbəsinə müraciət etdi. Eyni zamanda Mübariz əhvalatı mənə də söylədi. Sadiqlə danışdım, Famil Hümbətovun avtomaşınının qaytarılmasını tələb etdim.
Sadiq Şamaxı şəhərində “Çinar” restoranında olduğunu deyərək, məni ora dəvət etdi, mən də getdim. Orada da Sadiqdən Familin avtomaşınını qaytarmağı tələb etdim.
Sadiqin yanında 5-6 nəfər vardı, tanıdığım “Mosu” və Elgün də ordaydı. Bildiyimə görə, Familin avtomaşınında 1600 manat olub və həmin pulları Sadiq götürüb. Sadiq Familin avtomaşınının açarlarını mənə qaytardı”.
Mütəşəkkil dəstəyə cəza və protest
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Hüseynov 13 il, Əziz Əizov 9 il 6 ay, Lətif Nəbiyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Həmçinin təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi məqsədilə apelyasiya şikayəti veriblər. Bir müddət əvvəl tərəflərin şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.
O zaman işə baxan hakim heyəti təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin edib. Məhkəmə Sadiq Hüseynovun cəzasını 5 il 6 aya, Əziz Əzizovun isə cəzasını 4 ilə endirilməsi barədə hökm elan edib. Hökmə əsasən, Əziz Əzizovun ittiham olunduğu qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işinə bəraət verilib, o, xuliqanlıqda təqsirli bilinib.
Lətif Nəbiyevin istintaq təcridxanasında vəfat etməsi ilə bağlı onun barəsində cinayət işinə xitam verilib.
Digər təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı prokurorun protesti təmin edilməyib.
Bu dəfə prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun protestinə baxan hakim heyəti təqsirləndirilən şəxslərin barəsində olan hökmü ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun icraatına verilən iş üzrə yenidən araşdırma aparılıb. Sadiq Hüseynov və Əziz Əzizovun barəsində olan hökm yenidən dəyişdirilib. Sadiq Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilib.
Onun ittiham olunduğu oğurluq maddəsi isə hökmdən xaric edilib. Sadiq Hüseynovun cəzası 5 ilə endirilib.
Digər təqsirləndirilən Əziz Əzizov da Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham edilib və onun cəzası 3 ilə endirilib.
Məhkəmə Əziz Əzizovun cəza müddətini bitmiş hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorun protesti təmin edilməyib.
Xəbərin oxunma sayı : 409
Kriminal
Xəbərlər
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
TOP 10
ARXİV