Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...”

Tarix 26.05.20, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


Lerik rayonu Piran kənd sakini Bayramov Ərəstun Mirələm oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah  Heydərova müraciət edib.

Kənd sakini “Yeni Sabah” vasitəsi ilə etdiyi müraciətdə bildirir ki, Lerik rayon Piran kəndində ona məxsus fərdi yaşayış evi var və hazırda öz ailəsi ilə həmin evdə yaşayır:

“12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr, hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. 

Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik.  Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirdi ki, “fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq”.  

Çox hörmətli ağsaqqalımız sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm və ümidvaram ki, səsimə səs verib mənə köməklik  göstərərsiz.  Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil. 

Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq.  Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz bizim bu acınacaqlı  vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız”. 

Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar
Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar
Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar
Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar
Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar
Lerik sakinindən nazirin atasına: “Oğlunuza deyin ki...” + Fotolar




Xəbərin oxunma sayı : 781




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap