Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Leyla Əliyeva Çində nazir müavini ilə görüşdü - Fotolar

Tarix 14.05.19, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 14-də Çin Xalq Respublikasında səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin xarici işlər nazirinin müavini Lı Yunçen ilə görüşüb

AzFakt.com Azərtac-a istinadən xəbər verir ki, Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bu cür tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə böyük töhfələr verir.

Nazir müavini Pekində keçirilən “Asiya sivilizasiyalar dialoqu” konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımızın hələ tarixi İpək Yolu dövründən təməli qoyulan dostluq münasibətlərini daha da inkişaf etdirdiyini deyib.

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını yada salan Leyla Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz Çinin bu təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihə çərçivəsində iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanda Çinə, onun mədəniyyətinə, dilinə, ənənəvi təbabətinə böyük maraq olduğunu deyib. Leyla Əliyeva Heydər Əliyev Fondunun həmin istiqamətlərdə Çin ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

 Leyla Əliyeva Çində nazir müavini ilə görüşdü
 Leyla Əliyeva Çində nazir müavini ilə görüşdü





Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap