Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Leyla Arif Gültəkin Hacıbəylini niyə məhkəməyə verib? - Açıqlama

Tarix 02.12.22, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


“Mən Fuad Cəlilova sual verdim ki, Gültəkin Hacıbəyli bütün Azərbaycanın ancaq türklərdən ibarət olduğunu iddia edir, bunu necə dəyərləndirirsiniz? Gültəkin xanım da buna reaksiya verərək məni “separatçı”, “ksenofob” olmaqda ittiham etdi. Gültəkin Hacıbəyliyə yazdım ki, mən sizi bu ittihamlara görə məhkəməyə verəcəyəm. Cinayət Məcəlləsinin 281.1, 283-cü və 111-ci maddələrini əldə əsas tutaraq onu məhkəməyə verdim. Dörd məhkəmə iclası baş tutub, Gültəkin Hacıbəyli heç birində iştirak etməyib. Məhkəməyə gəlmədiyi üçün haqqında axtarış qərarı verilib. Prosedur üzrə ölkəyə giriş edəndə ondan bu barədə izahat alınıb. Məhkəmə iclası təyin olunub”.

Bu sözləri Axar.az-a açıqlamasında Gültəkin Hacıbəylini məhkəməyə verən Leyla Arif məsələ ilə bağlı danışarkən bildirib.

O bildirib ki, “separatçı” ittihamı çox ağır ittihamdır və özündə dövlət əleyhinə, onun ərazi bütövlüyünə qarşı çıxışlar etmək mənalarını ehtiva edir:

“Mən bir Azərbaycan vətəndaşı olaraq bu ittihamları adıma böhtan hesab edirəm. Gültəkin Hacıbəyli bir insanın fəaliyyətini bu şəkildə dəyərləndirir, ona “separatçı” deyirsə, öncə məhkəmə iclasına gəlməlidir. Biz Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyimiz sənəddə “separatçı” və “ksenofobiya” anlayışlarının mənasını vermişik. Gültəkin Hacıbəyli iştirakdan yayınır və diqqəti qəsdli olaraq başqa tərəfə yönəldir. Bunu “sifariş” adlandıraraq melodram yaradır. Bu dialoq isə sadəcə, iki vətəndaş, iki qadın arasında baş tutan diskussiyasının nəticəsidir. Əlavə səs-küyə ehtiyac yoxdur”.

Leyla Arifin sözlərinə görə, Gültəkin Hacıbəyli ilə aralarında millətçilik mövzusunda bir neçə dəfə polemika yaşanıb:

“Gültəkin Hacıbəyli demokrat adı altında müxtəlif məsələlərdə qurumları, o cümlədən insanları tənqid edir. Ancaq oxlar ona yönələndə dözümsüzlük göstərir. Bu, onların emosional yetkinliyə sahib olmayan və psevdo-siyasətçi olduqlarının göstəricisidir. Gültəkin Hacıbəyli özü və trolları ilə məni durmadan təhqir edirlər, bu şəkildə özlərini gündəmdə saxlamağa çalışırlar”.



Xəbərin oxunma sayı : 748




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap