Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Liviya marşalı Şoyqu ilə görüşə gəldi, “Vaqnerin ordusu“nun sahibi gözə dəydi: O, Bakılı müğənninin əridir - VİDEO

Tarix 09.11.18, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Liviya Milli Ordusunun mətbuat xidməti noyabrın 7-də ali baş komandan, marşal Xəlif Xaftarın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşə gəlməsi videosunu yayımlayıb.

Virtualaz.org xəbər verir ki, “Novaya qazeta” bu videoçarxda maraqlı məqamlar aşkarlayıb.

Kadrlardan görünür ki, Xaftarın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlara gəlir. Marşalı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qarşılayır. Onlar binaya girir, sonra isə qapının qarşısında durmuş restoranlar şəbəkəsi sahibi Yevgeni Proqojinin yanından keçərək, zala daxil olurlar.

Bəzi mənbələr Priqojinin “Vaqnerin ordusu”nun (“Vaqner” özəl hərbi şirkəti) sahibi olduğunu deyirlər. Onun bu görüşdə iştirakı bir çox sualların yaranmasına səbəb olub.


Yevgeni Priqojin

“İnterfaks”ın Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə, danışıqlar çərçivəsində beynəlxalq terrorçuluqla mübarizə və Liviyadakı böhranın həlli yolları müzakirə olunub. Həmçinin bildirilib ki, Xaftarın prezident Putinlə görüşü də mümkün ola bilər. Lakin sonradan Putinin iş qrafiki bu görüşün baş tutmasına əngəl olub. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamışdı.

Oktyabr ayında Rusiyanın RBK nəşri RF Müdafiə Nazirliyindəki mənbəyə istinadən Liviyaya Rusiya hərbçilərinin yollanması barədə xəbər yaymışdı.

Qeyd edək ki, Yevgeni Priqojin məşhur restoranlar şəbəkəsinin sahibidir və onun restoranlarında bəzən Putinin iştirakı ilə tədbirlərin keçirildiyi bildirilir. Əlavə edək ki, Y.Priqojinin həyat yoldaşı Bakıda anadan olmuş populyar estrada müğənnisi Larisa Dolinadır.

Xaftara gəlincə, o, müasir Liviyada ən nüfuzlu şəxslərdən biri hesab edilir. Onun karyerası hələ Müəmmar Qəzzafinin hakimiyyəti dövründə başlayıb. Lakin Xaftar dövlət çevrilişinə hazırlıq cəhdində ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb. Fəqət bu hökm icra edilməyib və Xaftar ABŞ-a qaçıb.


Xəlif Xaftar

Marşal Liviyaya 2011-ci ildə qayıdıb və Qəzzafi rejiminin devrilməsində iştirak edib. Sonradan o, milli ordu quruculuğuna başlayıb, bir çox keçmiş zabiti öz tərəfinə çəkməyə müyəssər olub. 2015-ci ildə Liviyanın əksər şərq rayonlarında nəzarəti ələ keçirdikdən sonra “Liviya Milli Ordusu” silahlı qruplaşmasının komandanlığı rəsmən Xaftara təhvil verilib.

Bəzi mənbələr qeyd edirlər ki, Rusiya Xəlif Xaftarı fəal şəkildə dəstəkləyir. Bu, Şoyqu ilə marşalın ilk görüşü deyil. 2017-ci ildə Rusiyanın müdafiə naziri “Admiral Kuznetsov” aviadaşıyıcısının göyərtəsində Liviya sahillərində Xaftarı qəbul etmişdi.







Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap