Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Liviyada gərgin döyüşlər gedir – 32 min insan paytaxtı tərk edib

Tarix 23.04.19, 0:29

Font ölçüsü : - / +
bitmap-img6


Liviyanın paytaxtı Tripolinin 32 mindən çox sakini şəhər ətrafında gedən silahlı toqquşmalar səbəbindən öz evini tərk etməyə məcbur olub.

Bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin Liviya bölməsi bəyanat yayılıb.

Dünya Səhiyyə Təşkilatının son məlumatına görə, hazırda döyüşlərin davam etdiyi Liviyada həlak olanların sayı 254 nəfərə çatıb, daha 1,2 minə yaxın insan yaralanıb.

Xatırladaq ki, aprelin 4-də feldmarşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun hissələri Tripoli üzərinə hücuma keçib. Hazırda Haftarın qoşunu ilə paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin hərbi qüvvələri arasında qızğın döyüşlər gedir.

Liviyada xeyli müddətdir ikihakimiyyətlilik hökm sürür: şərqdə – Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə – paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmaqdan boyun qaçırır və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir/Azərtac.




Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap