Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Lombard sahibi məhkəmə qarşısında: 200 minlik qızıl hardadır?

Tarix 15.02.18, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 42 yaşlı Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesə təqsirləndirilən şəxsin vəkilinin gəlməməsinə zərərçəkmişlər etiraz ediblər. Hakim ötən prosesdə Dürrə İsmayılovanın səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini zərərçəkmişlərin diqqətinə çatdırıb. Məhkəməyə sədrlik edən hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edərək söyləyib ki, bu prosesin vaxtını bilərəkdən uzatmaqdır. D.İsmayılova dəymiş zərəri ödəmək üçün mənzilini satışa qoyduğunu deyib. O, Rəşad adlı tanışı tərəfindən aldadıldığını bildirib. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır. Zərərçəkmişlər isə bildirir ki, D.İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər. D.İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

Məhkəmə prosesi fevralın 16-na təyin edilib.

Qeyd edək ki, D.İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. D.İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. O, hazırda ev dustaqlığındadır.

Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir.

Zərərçəkmiş şəxslərin sayı 50 nəfərdən çoxdur.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap