Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır” Bella Hadid alt paltarı reklamında - Fotolar İrina Şeykdən ayrılıq xəbərlərinə cavab “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva
Axtar
 
  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

  • / Maqazin / — 31 Oktyabr 2018

    “Aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən“ - Pərvin Abıyeva

  • / Maqazin / — 23 Oktyabr 2018

    Hadisə köhnə sevgilisini xatırlayıb ağladı - Video

  • / Maqazin / — 19 Oktyabr 2018

    Qüsursuz bədənini belə göstərdi - Fotolar

Londonda çirkli pullara qarşı mübarizəni Cahangir Hacıyevdən başladılar - Zamirənin malikanəsi, brilyantları və şəxsi təyyarəsi

Tarix 08.10.18, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunu ilk dəfə azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevə qarşı tətbiq ediblər. 

Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl keçmiş sovet respublikalarından olan və iqtisadi cinayətlərə görə həbs edilən keçmiş iri bankirin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə ediləcəyi haqda Britaniya mətbuatı yazmışdı.



Lakin həmin vaxt həmin bankirin və arvadının adı açıqlanmırdı, bununla belə virtualaz.org bank çevrələrindən dəqiqləşdirmişdi ki, söhbət məhz bizim “Canikdən” və arvadı Zamirə Hacıyevadan gedir. Zamirə Hacıyeva ərinin həbsindən az əvvəl Azərbaycanı tərk edib və hazırda beynəlxalq axtarışdadır. Azərbaycan Beynəlxalq Bankından oğurlanan pulların bir qisminin Böyük Britaniyada Z.Hacıyeva tərəfindən müxtəlif aktivlərə yatırıldığı və banklarda saxlanıldığı məlum idi.



İndi “Banksta” adlı Telegram-kanal məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əmlakı məhkəmə tərəfindən müsadirə edilən bankir arvadı məhz Zamirə Hacıyevadır. Məhkəmə onun Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Çünki məhkəmə prosesində Zamirənin vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır.



Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak obyekti alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, Zamirə Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: Zamirə 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, Hacıyeva əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.



Məlumata görə Hacıyevanın nümunəsində həmin qanunun necə işlədiyini sınaqdan keçirməyi qərara alıblar. Növbəti qurbanlar isə daha məşhur adamlar-hazırda vəzifədə olan yüksək vəzifəlilər və məşhur oliqarxlar ola bilər. Həmin qanundan ehtiyat edərək bəzi rusiyalı oliqarxlar artıq Britaniyadakı aktivlərini satır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə , kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb. Bankın müflis olmaması üçün Azərbaycanın dövlət büdcəsindən milyardlarla manat xərclənib.





Xəbərin oxunma sayı : 1018

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda