Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Londonda malikanə sahibi olan oliqarxlar - “Forbes” açıqladı

Tarix 23.04.19, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


"Forbes” jurnalı Böyük Britaniyada rusiyalı milyarderlərə məxsus bahalı malikanələrin siyahısını açıqlayıb.

Virtualaz.org rbc.ru saytına istinadən xəbər verir ki, reytinq tərtibi zamanı jurnal hər bir daşınmaz əmlakın dəyərini müəyyənləşdirmək üçün bu sahə üzrə mütəxəssislərin köməyindən faydalanıb. Nəşrin yazdığına görə, həmin malikanələrin qiymətləri qeyd olunandan yüksək ola bilər ki, aşağı olmaz.

"Forbes” jurnalının siyahısında ən bahalı malikanə milyarder Roman Abramoviçə məxsusdur. Kensinqton Palas Qardens küçəsində yerləşən bu malikanənin qiyməti 170 milyon funt-sterlinqdir. Adı çəkilən küçə "milyarderlər küçəsi” kimi tanınır və orada həmçinin Rusiya səfirliyi və Kembric hersoqu şahzadə Uilyamın iqamətgahı yerləşir.

"Fosaqro”nun sahibi Andrey Quryevə məxsus Hayqeyt Vest Hill küçəsində "Witanhurst” malikanəsinin dəyəri isə 150 milyon funt-sterlinq civarındadır. İyirminci əsrin əvvəllərində inşa edilən bu sarayın 8 min kvadrat metr sahəsi var. Mənbənin yazdığına görə, "Witanhurst” malikanəsi öz ölçüsünə görə Londonda yalnız bir binadan – Bukinqem sarayından geridə qala bilər.

Böyük Britaniyada növbəti ən bahalı malikanə sahibi "Bank Moskva”-ın keçmiş rəhbəri Andrey Borodindir. Onun 80 hektarlıq sahəsi olan Park Palas malikanəsi Berkşir qraflığında, Temza sahilində, Remenhem Hilldə yerləşir. Əmlak üzrə ekspertlər tərəfindən 150 milyon funt-sterlinq qiymət qoyulan 300 yaşlı bu malikanəyə 2016-cı ildə Tver rayon məhkəməsinin qərarı ilə həbs qoyulub. Səbəb isə onun  "Bank Moskva”dan qanunsuz çıxarılan pullar hesabına alınmasıdır.

"Qazprom" un keçmiş top-meneceri Andrey Qonçarenko da iki bahalı malikanə ilə Londonda mülk sahibi olan ruslarla bağlı ilk onluqda yer alıb. "Regent`s Park”da yerləşən Hanover Lodge malikanəsini (250 kv m) milyarder 2014-cü ildə 120 milyon funt-sterlinqə əldə edib. "Forbes”in hesablamalarına görə, hazırda bu ev daha bahalı - 130 milyon funt-sterlinq dəyərindədir. Qonçarenko həmçinin Sent Jeyms küçəsində də malikanə sahibidir. 2012-ci ildə alınmış bu əmlakın indiki dəyəri 105 milyon funt-sterliq qiymətləndirilir. Hazırda təmir işləri aparılan bu malikanənin ödənişli üzvlüklə klub, otel və iki restoran kimi fəaliyyətə başlayacağı deyilir.

"Vneşekonombank”ın keçmiş rəhbəri Vladimir Çernuxin 2006-cı ildən etibarən Londondakı Poultri küçəsində yerləşən altı mərtəbəli bir malikanəsində yaşayır. Bu binada əvvəllər Midland Bankın qərargahı  yerləşib. Hazırda binada  həmçinin qiyməti 85 milyon funt sterlinq olan "The Ned” oteli yerləşir.

"Alfa Group”un sahiblərindən biri German Han da Londonun "Eaton Meydanında ümumi dəyəri 85 milyon manat olan iki malikanəyə sahibdir. 

Milyarder Vladimir Slutskerin keçmiş həyat yoldaşı Olqa əri ilə boşanandan sonra Londonda kvadrat metrinin qiymətinə görə üçüncü ən bahalı küçəsi hesab olunan Boltonsdakı malikanəsini tərk edib. "Forbes”in araşdırmasına görə, hazırda bu malikanənin dəyəri 70 milyon funt-sterlinqdir.

Rus oliqarxlara məxsus ən bahalı malikanələrin ilk onluğunu milyarder Mixail Fridmana məxsus "Athlone House” malikanəsi qapayır. Londonun zənginlərin yaşadığı Hempsted Leyn rayonunda yerləşən malikanə 80 milyon funt-sterlinq civarında qiymətləndirilir.



Xəbərin oxunma sayı : 460




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap