“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Lotu Qulinin adamları arasında parçalanma: Oğru dünyası yenidən qan gölünə dönə bilər

Tarix 15.09.20, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetiriləndən sonra onun tərəfdarları arasında parçalanma baş verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.  İddia olunur ki, bu günlərdə Lotu Qulinin yaxın ətrafına daxil olan 63 yaşlı Merab Mzarelua (Duyake)  və 36 yaşlı Mahare Qvaramiya (Maçi Senakski) arasında konflikt yaranıb. 

Merab Mzarelua minqrel klanının yaradıcılarından hesab olunur. O həm də “qanuni oğru” Qela Kardavanın qayınatasıdır. Ekspertlər hesab edir ki, Duyakenin Maçi ilə konfliktə girməsi əslində Qela Kardavanın yenidən qayınatasının hesabına böyük oyuna qayıtmaq istəyindən isrəli gəlir. 

Məsələ burasındadır ki, Qela Kardava Merab Mzarelua ilə birgə Nadir Səlifovun klanına daxil olsa da, bircə dəfə də Lotu Quli ilə görüşmək şərəfinə nail ola bilməyib. Bu baxımdan, Nadir Səlifovun qətlindən sonra Qela Kardava qayınatası ilə birgə öz klanını yaratmağı qərarlaşdırıb. İddia olunur ki, Rusiya həbsxanasında cəza çəkən “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) da bu məsələyə isti yanaşır. Əvvəla, ona görə ki, Şakro Molodoy Lotu Quli qətlə yetirilən günə qədər onunla konfliktdə olub. İkincisi, Duyake və kürəkəninin klanı Canqveldaze-Oninani qruplaşmasına rəqib olacaq. Bu isə Merab Canqveladze və Tariyel Oninani ilə münasibətləri düşmənçilik səviyyəsində olan Zaxari Kalaşovun maraqlarına uyğundur. 

Bu məsələdə qayınata və kürəkən üçün ən böyük manelərdən biri isə Mahare Qvaramiya hesab olunur. Çünki Lotu Qulinin yaxın ətrafına daxil olan Maçi Senakski də birinciliyi güzəştə getmək niyyətində deyil. Ona görə də Duyake Maçini neytrallaşdırmaq üçün 6 il əvvəl baş verən olaydan kompromat kimi istifadə etmək qərarına gəlib. 

Söhbət 6 il əvvəl Mahare Qvaramiyanın Kaxa Makaltiyanı təhqir etməsi barədə iddiadan gedir. Mzareluanın onu Kaxa Makalatiyanı onunla üz-üzə qoymaq cəhdlərindən xəbər tutan Mahare Qvaramiya Duyakeni görüşə çağırıb. Həmin görüşdə Mzarelua onun Kaxa Makaltiyanı təhqir etdiyini bildirib. Maçi isə öz növbəsində 6 il əvvəl olan bir hadisənin indi yada salınmasının səbəbləri ilə maraqlanıb. Eyni zamanda bildirib ki, o Makaltiyanı təhqir etməyib, belə bir olayın şahidləri də yoxdur. Bundan sonra o, Mzareluanı yalançı adlandırıb. Qarşı tərəf isə öz növbəsində onu artıq “qanuni oğru” hesab etmədiyini bildirib. Mahare Qvaramiyanın buna cavabı sərt olub. O, 63 yaşlı Duyakeyə yumruqla zərbə endirib. Hadisə Nika Qaqrinski, Timur və Torçik kimi “qanuni oğru”ların gözü qarşısında baş verib.

Məlumatlarda həmçinin bildirilir ki, Lotu Qulinin qətlindən sonra oğru dünyasında balans pozulub. Kriminal dünyanın yenidən 2008-ci ildəki vəziyyətə qayıdacağı gözlənilir. Bu isə o deməkdir ki, tezliklə oğru dünyasında qanlı qarşıdurmalar baş verə bilər.



Xəbərin oxunma sayı : 718




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap