Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lotu Qulinin ailəsinin yerini göstərmək üçün pul istədi: Qanlı hesablaşma başladı

Tarix 03.06.17, 4:37

Font ölçüsü : - / +
bitmap-img6


Sankt-Peterburqun Oktyabrski rayon Məhkəməsi 42 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, adı çəkilən şəxs Lenin prospektindəki qətldə şübhəli bilinir. Baş verən hadisə azərbaycanlı kriminal klanlar arasında "müharibə" kimi dəyərləndirilir.



Məlumata görə, Nazim Nüsrətov 42 yaşlı həmvətəni Cabir Həsənovu güllələyib. Ölümündən bir neçə dəqiqə əvvəl şəxs evinə daxil olmaq üçün domofonu basıb. Bu zaman evdə onun dostu olub və o, ilkin ifadəsində domofonda Azərbaycan dilində danışıq eşitdiyini bildirib. Ardınca isə güllə səsləri gəlib. Ancaq şəxs killerin Azərbaycan dilində nə dediyini anlamayıb. 6 güllə yarası alan Cabir Həsənov yerindəcə keçinib. Onun ölümündə başından aldığı güllə yarası əsas olub.

Araşdırma göstərib ki, öldürülən şəxs əvvəllər məhkum həyatı yaşayıb. Və hazırda Azərbaycanda cəzasını çəkən Lotu Quli ləqəbli Nadir Səlifovun adamı kimi tanınıb. O, 2016-cı ildə Rafik Masallinski ilə qanlı hesablaşmanın iştirakçısı olub. O zaman R.Masallinskinin qulağı kəsilib. Hadisə olduğu kimi videoya alınıb. İstintaqın ilkin versiyasına görə, Peterburqda törədilən qətl bunun qisasıdır. Rafik Masallinksi qulağını kəsən qatili cəzalandırmaq qərarına gəlib və bunun üçün Nazim Nüsrətov seçilib.

Mayın 28-də isə Odessada Lotu Qulinin iki adamına- İlham Hacıyev və Oktay Arxalıya hücum edilib. Onların hər ikisi yüngül yaralarla qurtulublar. Hadisədən sonra Rafik Masallinski bu olayın sifarişçisi olduğunu deyib, ancaq yaralanan hər iki şəxsin 2016-ci ildəki "qulaqkəsmə əməliyyatına" heç bir aidiyyatı olmadığından başqa təxminlər də ortaya çıxıb. Bəzi məlumatlara görə, R.Masallinski sadəcə yaranmış fürsətdən istifadə edib və hər iki şəxsə hücumun təşkilində rolunun olduğunu iddia edib. Əslində isə İham Hacıyev və Oqtay Arxalının onunla heç bir münasibəti olmayıb. Üstəlik hər iki şəxsə hücumu öldürmək yox, qorxutmaq məqsədi daşıyıb. Çünki hər ikisi yüngül xəsarət alıb.

Rafik Masallinski və Lotu Quli klanları arasında qanlı savaşın kökləri 2016-cı il dekabrına gedir. Həmin zaman R.Masallinski "qanuni oğru" Rövşən Lənkəranskinin İstanbulda yaşayan qohumu ilə görüşüb və Lotu Qulinin ailə üzvlərinin, doğmalarının yaşayış yeri barədə ona məlumat verməyi vəd edib. Bunun qarşılığında isə müəyyən məbləğ istəyib. Ünvanı göstəriləcək adamlar arasında Lotu Qulinin Türkiyədə yaşayan "oğru" qardaşı Namik Səlifov da olub. Razılaşma barədə xəbər dərhal Lotu Quliyə çatıb və o, doğmalarına qarşı plan hazırlayan R.Masallinskini cəzalandırıb.





Xəbərin oxunma sayı : 211




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap