Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Lotu Qulinin yaxın adamı “oğru aləmi”ndən uzaqlaşdırıldı - FOTOLAR

Tarix 01.03.22, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın adamı hesabı edilən Nihad Qulinin oğru aləmindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb. 

Qaynarinfo xəbər verir ki, məlumatda "qanuni oğur”lar Ülfət Tağıyev (Rufo Gəncinski), Badri Koquaşvili (Badri Kutaisi) və Raciddin Mihrəliyev (Racik) Nihad Quli barədə "proqon” yayıb. Onlar Nihad Qulinin "vurulduğunu" bəyan edib. Adıçəkilən "qanuni oğru”lar Nihad Qulinin əvvəllər Bakıda polis rəislərindən birinin cangüdəni olduğunu əsas gətirərək onu kriminal mühitdən uzaqlaşdırıb.

Açıklama yok.
Nihad Quli

Rufi Gəncinskinin yaxın ətrafına daxil olan şəxslər faktı təsdiqləyib. Onlar bildiriblər ki, Nihad Qulinin vurulması fevralın 25-nə təsadüf edib (Mənbə: Criminal.az). 

Açıklama yok.

Raciddin Mihrəliyev

Nihad Quli barəsində "proqon” yayan "qanuni oğru”lardan Badri Koquaşvili ilə Rufo Gəncinskinin Nadir Səlifovla münasibətləri ürəkaçan olmayıb. Badri Koquaşvili ilə Nadir Səlifov "Çixladze olayı”na  görə-görə üz-üzə gəlib. Söhbət gürcü əsilli "qanuni oğru” Quram Çixladzenin Lotu Qulinin yanında vurulmasından gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Çixladze Lotu Quli ilə bir qədər yuxarı tonda danışdığı üçün ikincinin yanında olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev tərəfindən yumruq zərbəsi alıb. Bu hadisə kriminal dünyada qarşıdurmaya səbəb olub. Çixladzenin vurulmasını əsas gətirən Lotu Qulinin rəqibləri onun "qanuni oğru” statusundan məhrum edilməsinə çalışıb. Bu məsələdə Badri Koquaşvili də Nadir Səlifova əks cəbhədə dayanan kriminalitetlərdən olub.

Açıklama yok.
Badri Koquaşvili

Rufo Gəncinskiyə gəlincə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın çevrəsinə daxil olan şəxslərdəndir. Rövşən Lənkəranski ilə Lotu Qulinin münasibətlərinin qarşıdurma həddində olduğu da sirr deyil. Hətta hər iki "qanuni oğru” qətli aralarındakı konfliktin təzahürü kimi dəyərləndirilir.

Açıklama yok.
Rufo Gəncinski

Beləliklə, mümkündür ki, Nihad Qulinin vurulması Nadir Səlifovdan sonra onun klanının lideri olan qardaşı "qanuni oğru” Namiq Səlifova (Namiq Bakinski) zərbə vurmaq, onun ətrafını seyrəltmək məqsədi daşıyır. Hələlik qarşı tərəfin bu məsələyə hansı reaksiya verməsi barədə məlumat yoxdur. Baş verənlərin əsl mahiyyəti bu rekasiyadan sonra bəlli olacaq. Əgər qarşı tərəf Nihad Qulini müdafiə edəcəksə, deməli, kriminal dünyada yeni savaşın əsası qoyulub. Əks-təqdirdə, yəni, Nihad Qulinin vurulması sükutla qarşılanacaqsa, o zaman Lotu Quliyə yaxın şəxsin haqlı olaraq vurulduğunü düşünmək olar.



Xəbərin oxunma sayı : 1507




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap