Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

Lukaşenko bu gün Putinlə görüşür – Rusiyadan hərbi dəstək istəyə bilər

Tarix 14.09.20, 15:29

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün – sentyabrın 14-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

İki lider Belarusda Lukaşenkonın istefası tələbilə keçirilən nümayişlərdən sonra ilk dəfə bir araya gələcək.

Lukaşenko “böyük qardaş” adlandırdığı Putinlə Rusiyanın Qara dəniz sahilindəki Soçi kurortunda görüşməlidir.

O, 1994-cü ildə Belarusda hakimiyyətə gələndən bəri onun idarəçiliyinə ilk dəfədir kütləvi nümayişlər keçirilir. Etirazçılar 9 avqust seçkisinin nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər. Etirazlarda minlərlə saxlanan olub, yüzlərlə nümayişçi polis təzyiqi ilə üzləşib. Birləşmiş Ştatlar, Avropa Birliyi etirazçılara divan tutulmasını pisləyib.

Sentyabrın 13-də minlərlə belaruslu küçələrə çıxaraq, “Sən siçovulsan”, “Saşa, qovuldun!” şüarlarını səsləndiriblər. Daxili İşlər Nazirliyi 400-dən çox etirazçının saxlandığını bildirir.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 11-də deyib ki, danışıqlarda enerji sahəsindəəməkdaşlıq və ikitərəfli əlaqələr müzakirə olunacaq.

Lukaşenko həmçinin Moskvadan iqtisadi və hərbi dəstək istəyə bilər. Rusiya və Belarus sentyabrın 14-dəbaşlanması gözlənən Slavyan Qardaşlığı birgə hərbi təlimlərində iştirak planlaşdırırlar.

İndiyədək Putinlə Lukaşenko Belarusdakı vəziyyəti dəfələrlə telefonla müzakirə edirlər. Ötən ay Rusiya prezidenti həm Belarus hakimiyyətinə, həm də müxalifətinə zəng edərək böhranın siyasi həllini müzakirə edib.

O, iki ölkə arasındakı ikitərəfli hərbi pakta uyğun olaraq hərbi yardım vəd edib, deyib ki, Rusiya təhlükəsizlik qüvvələrindən ibarət kontingent hazırlanıb, ancaq “Belarusda ekstremist elementlər xətti keçərək talançılığa yol verməyincə” istifadə olunmayacaq.

Putin Belarus hakimiyyətinin etirazlara reaksiyasını alqışlayıb. O deyib ki, Rusiya həmin ölkədə “baş verənlərə laqeyd deyil”, iki ölkənin etnik, linqvistik əlaqələrini, iqtisadi əməkdaşlığını vurğulayıb.

Putin əvvəllər Lukaşenkonu daha sıx siyasi və iqtisadi inteqrasiyaya cəlb etməyə çalışsa da, Lukaşenka müqavimət göstərib. İndi isə sonuncunun Moskvanın dəstəyinə ehtiyacı onun Rusiyanın təşəbbüslərinə yenidən baxmağa vadar edə bilər. (azadlıq.org)




Xəbərin oxunma sayı : 799

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda