Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lukaşenko Zakir Həsənova:“Müdafiəni möhkəmləndirmək lazımdır“

Tarix 09.10.17, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və ölkələrin bu sahədə qarşılıqlı əlaqələri onların beynəlxalq öhdəliklərinə zidd deyil. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bazar ertəsi günü Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz əməkdaşlığımızı, o cümlədən hərbi-texniki sahədə davam etdiririk... Münasibətlərimiz heç bir halda heç bir beynəlxalq müqaviləni, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin qətnamələrini pozmur, biz suveren müstəqil dövlətlərik və zamanın nəbzinə, dövlətlərimizin ehtiyaclarına, qardaş ölkələrin ənənələrinə uyğun əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirmək haqqına malikik”, Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, Minskdə “azərbaycanlılara qarşı heç bir iddia yoxdur”. “Biz onlara böyük hörmətlə yanaşırıq. Çox yaxşı xatırlayıram ki, çətin vaxtlarımızda prezidentiniz həmişə Belarus dövlətinə kömək əlini uzadıb. Biz bunları yaxşı xatırlayırıq və Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsiz yaşaması, dövlətinizin inkişaf etməsi üçün bunu edəcəyik”, - o bildirib.

Lukaşenkonun sözlərinə görə, Azərbaycan vətəndaşlarının “özlərini sakitlikdə his etmələri üçün müdafiəni gücləndirmək lazımdır”. “Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik”, - o deyib.

Lukaşenko həmçinin Azərbaycan prezidenti İlham Əliyevə “ən xoş arzularını” çatdırmağı xahiş edib və onunla tezliklə görüşəcəyinə ümid etdiyini vurğulayıb.



Xəbərin oxunma sayı : 157




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap