Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lukaşenkodan maraqlı təklif:“Vahid antiterror cəbhəsi yaradılsın“

Tarix 03.09.19, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Belarus prezidenti Aleksandr Lukaşenko BMT, ATƏT, AB, KTMT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatların qüvvələrindən ibarət vahid antiterror cəbhəsinin yaradılmasını təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Belarus Prezidenti bu barədə Minskdə keçirilən beynəlxlaq terrorla mübarizə konfransında çıxışı zamanı bildirib.

“Əminəm ki, BMT, ATƏT, AB, KTMT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatların qüvvələri tərəfindən vahid antiterror cəbhəsinin yaradılması bu təhlükəyə qarşı mübarizənin güclü və effektiv olması üçün yeganə etibarlı yoldur. Biz BMT çərçivəsində bütün təşəbbüsləri dəstəkləyirik, terrorla mübarizə sahəsində tərəfdaşlığı gücləndiririk, xüsusi məlumat və təcrübə mübadiləsində iştirak edirik. Bununla belə, bu gün terror fəaliyyətinin miqyası bir təşkilatdan kənara çıxmağı tələb edir. Terrorizm sərhəd tanımayan, qlobal təhlükəsizlik üçün ən güclü təhdidlərdən birinə çevrilib. Onun qurbanları adi insanlar, qocalar, qadınlar və uşaqlardır. Onun həyata keçirilmə metodları qəddar və qeyri-insandır”, – deyə Lukaşenko qeyd edib.

Terrorizmin müasir cəmiyyət üçün təhlükəli bir problemə çevrildiyini qeyd edən Belarus prezidenti hətta ən güclü dövlətlərin belə təkbaşına bu problemin öhdəsindən gələ bilmədiyini əlavə edib.

O, beynəlxalq terrorla mübarizə üçün bütün ölkələrin qüvvələrinin birləşdirməli olduğunu vurğulayıb.




Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap