Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Lukaşenkodan Vaşinqtona gözlənilməz jest –Belarus lideri Rusiyaya alternativini göstərir?

Tarix 11.01.19, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


Belarus uzun illərdir bu ölkədəki ABŞ diplomatlarının sayına mövcud olmuş limiti qaldırıb. Bu haqda Birləşmiş Ştatların “Foreign Policy” dərgisi yazır.

Bu addım Belarusla Birləşmiş Ştatların arasında diplomatik dönüş nöqtəsi sayılır. Həm də Minskin Moskvayla münasibətlərinin enerji mübahisəsi üzündən gərginləşdiyi bir dönəmə təsadüf edir.

“Böyük addımdır, buzun əriməsinin başlanğıcıdır”, – adıçəkilməyən ABŞ rəsmisi yanvarın 10-da dərgiyə deyib.

“Foreign Policy ” məsələdən agah iki diplomatik mənbəyə istinadla yazır ki, Belarusun Xarici işlər naziri Vladimir Makei yanvarın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Vess Mitçellə bu qərar barədə məlumat verib.

Sovet İttifaqının çöküşündən sonra Vaşinqtonla Minskin diplomatik münasibətlərində geriləmə yaranıb. Dövlət Departamenti məsələni şərh etməyib, ABŞ hökumətinin qismən qapadılması nəticəsində mətbuat əməliyyatlarının ixtisar olunduğunu deyib.

Belarusun Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 11-də deyib ki, Belarus və ABŞ-ın aparıcı rəsmiləri bu yaxınlarda ikitərəfli münasibətləri yaxşılaşdırmaq yollarını müzakirə ediblər.

“Belarusun Xarici İşlər Nazirliyi və ABŞ Dövlət departamentinin aparıcı rəsmilərinin bu yaxınlarda telefon söhbəti apardığını təsdiqləyə bilərik”, – Belarus XİN-in mətbuat katibi Anatoli Glatz BelTA dövlət xəbər agentliyinə deyib.

“Belarus-ABŞ münasibətlərinin fərqli aspektləri, onları təkmilləşdirmək imkanları da müzakirə olunub”, – Glatz söyləyib. Bu arada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında siyasi qarşıdurma yaranıb.

Belarus uzun müddət Rusiyadan subsidiyalı neft məhsulları alıb təkrar ixrac etməkdən qazanıb. Ancaq indi Rusiya öz iqtisadiyyatını yükü azaltmaq məqsədilə qiymətləri qaldırmağı planlaşdırır. Lukaşenko bu həftə Rusiyaya xəbərdarlıq edib ki, Moskva Minskə neftin qiymətini qaldırmağa görə kompensasiya verməsə, müttəfiqini itirə bilər.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap