Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Müalicə niyə effektiv olmur? – Səhiyyə Nazirliyindən münasibət

Tarix 21.02.18, 1:06

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycandakı dərmanların keyfiyyətsizliyi üzündən bir çox hallarda xəstələrin müalicəsinin effektiv olmaması ilə bağlı məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib ki, müalicənin effektiv olmaması dərmanın keyfiyyətsız olmasına görə deyil, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən ola bilər:

“Hər bir insan orqanizmi fərdidir, buna görə də hər bir orqanizmə individual yanaşmaq lazımdır. Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən həmin dərman vasitələrinin müalicə üçün xeyri olmur. Çünki müalicə üçün düzgün dərman seçilməyib. Amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Yəqin ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər. Bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var”.

Ç.Şükürov bildirib ki, dərman vasitələrinin keyfiyyəti laboratoriyalarda dəqiqliklə yoxlanılır və onun tərkib maddələri dəqiq təyin edilir.

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə bildirib ki, çox zaman dərmanın əlavə təsirinin aşılması zəhərlənmələrə səbəb olur:

“Məsələn, göz damcısı, yaxud şərbət açıldıqdan sonra müəyyən müddət ərzində istifadə edilməlidir. Lakin buna riayət edilmir. Ona görə də dərman zəhərlənmələrinə dərmanın keyfiyyətsizliyi deyil, doza həddinin aşılması səbəb olur”.




Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap