“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Mübariz Hüseynov bu qışdan çıxa biləcəkmi? - İDDİA

Tarix 27.11.23, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyəti heç kəsi qane etmir

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sanitariya və Texniki Təmizlik İdarəsi ilə bağlı ötən həftə oxucularımıza məlumat vermişdik. Bildirmişdik bəlli səbəbdən Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müdaxilə edə bilmir. Mübariz Hüseynovun bu qədər "güclü" olmasının səbəbi isə onun BŞİH-nin Mənzil-Kommunal Təsərrüfat Departamentin sədri Fəfael Mehrəliyevlə və ölkənin ən böyük "tender kralı" ilə yaxın olması ilə bağlıdır.

AzFakt.com-un əldə etdiyi məlumata görə qarşıdan gələn sərt qış Mübariz Hüseynovun Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsində sonunu gətirə bilər.

Bildirək ki, havaların soyuyacağı və qışın sərt keçəçəyi ilə bağlı artıq vətəndaşlara xəbərdarlıq edilib. Bu məsələ ilə bağlı ötən həftə Bakı meriyasında keçirilən iclasda Eldar Əzizov konkret olaraq Mənzil-Kommunal Təsərrüfat Departamentinə və Sanitariya və Texniki Təmizlik İdarəsinə tapşırıqlar verib.

Hər il qış aylarında paytaxta yağan qar bir çox küçələrdə ciddi problemlər yaradır. Buz bağlamış bir çox yolların açılmaması vətəndaşların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı video və fotolar mövcuddur.

Ancaq bu qışın digərlərindən sərt keçəcəyi ilə bağlı xəbərdarlığın edilməsi o anlama gəlir ki, qarşıdakı üç ay Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov üçün sonuncu imtahandır.
 
Qeyd edək ki, Mübariz Hüseynovunnuzun illərdir rəhbərlik etdiyi Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında yüzlərlə avtomobil və digər texnikalar var. Hər il bu texnikaların təmirinə və saxlanmasına büdcədən milyonlarla vəsait xərclənir.  Bu barədə növbəti yazımızda oxuculara məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 925




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap