Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Mübariz Mənsimov Fətullah Gülənlə görüşündən danışdı: “İçkili idim”

Tarix 15.09.20, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə həbs olunan Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamının 7 il yarımdan 15 ilə qədər həbsi istənilir.

Mübariz Mənsimov vəkillərinin iştirakı ilə məhkəmədə ifadə verib.

Azərbaycanlı iş adamı hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından xəbərsiz olduğunu qeyd edib.

Mübariz Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

"İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm, qalxa bilərəm?" dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir?" dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?" dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım. 

O bildirib ki, sözügedən dəvətdən sonra Fətullah Gülən camaatınn hədəfinə çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sualına iş adamının cavabı belə olub:

"O təsbehi min dollara satdım".

Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib.



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap