“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Müəllimlər üçün onlayn müsahibələrə start verilir – Təhsil Nazirliyi

Tarix 03.07.20, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may tarixlərində keçirilmiş onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün növbəti həftə təkrar onlayn müsahibələr təşkil olunacaq. 

Təhsil Nazirliyindən verilən xəbərə görə, onlayn müsahibələrin təşkilinə dair qərar ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədardır.

İyulun 6-dan etibarən sözügedən kateqoriyaya aid olan namizədlərin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiq etmələri barədə məlumat yerləşdiriləcək. Namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.

Namizədlər müsahibədə iştiraklarını təsdiq etmədikləri halda bu, imtina kimi qəbul ediləcək və onların ötən tədris ilində müddətli əmək müqaviləsi ilə çalışdıqları müəssisədəki dərs yükü müəllimlərin növbəti işə qəbulu müsabiqəsi zamanı vakansiya kimi elan olunacaq.



Xəbərin oxunma sayı : 1585




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap