Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhid olan Əliheydər Hüseynli - VİDEO

Tarix 11.01.21, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafa rayonunun Qırılı kəndində 1994-cü il aprelin 14-də dünyaya göz açan Əliheydər Hüseynli orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra o, “Azərişıq”da çalışıb.

AzFakt.com xəbər verir ki, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan Əliheydər bir çox yaşayış məntəqələrimizin düşmən işğalından təmizlənməsində iştirak edib. Torpaqlarımızın azad edilməsi xəbərini ailəsi ilə telefonla paylaşıb, sevincini onlarla bölüşüb. Ailəsi deyir ki, vətənə bağlılığı ilə seçilən Əliheydər Füzuli, Qubadlı, Cəbrayıl və Şuşanın azad edilməsində iştirak edib. O, həm də döyüşdə olduğunu ailəsindən gizlədib.

“Onun döyüşdə iştirakını bilmirdim. Qızlarım indi deyir ki, vəziyyəti onlara söyləyirmiş. Anamdan muğayat olun deyib. Biz döyüşə giririk. Mənə isə dedi ki, bir sürprizimiz olacaq, televiziyanı izləyərsiniz. Sonuncu dəfə mənimlə gülə-gülə danışdı. Dedi, bir şey qalmayıb yaxında görüşəcəyik”, - deyə şəhid anası Zabilə Musayeva bildirib.

Noyabrın 9-da müharibənin dayanmasına saatlar qalmış, sonuncu döyüş zamanı düşmən mərmisinə tuş gəlir və ağır yaralanır. Çoxlu qan itirən Əliheydər şəhidlik zirvəsinə yüksəlir. Dayısı Nəriman Musayev deyir ki, onunla bacı oğlu, dayı münasibətindən daha çox bir dost, sirr yoldaşı olublar: “Bir problemi, çətinliyi olanda dərdini mənə danışardı. Döyüş yoldaşları ilə də söhbət etdim. Mən onlarla, döyüşdə iştirak edən əsgərlərimizin hamısı ilə fəxr edirəm. Elə yüksək əhval-ruhiyyələri vardır ki, adam gözlərinə inanmırdı. Deyirdim, yaşım az olsa idi, mən də onlara qoşulardım. Döyüşə elə gedirdilər ki, sanki hansısa şadlığa gedirdilər”.

Əliheydərin atası kənddə fizika-riyaziyyat müəllimi işləyib. Lakin atası dünyasını dəyişəndən sonra ailənin tək oğul övladı kimi ailəyə başçılıq edirdi. Əliheydərin üç bacısı var. Böyük bacısı Nərmin qardaşı ilə fəxr etdiyini söyləyərək deyib: “Qardaşım çox vətənpərvər idi. Müəllim ailəsi idik, atamdan qavradığımız vətənpərvərlik hissləri onsuz da bizim hər birimizdə var idi. Deyirdi ki, hərbi formanı geydikdən sonra adamın düşmənə qarşı döyüşməkdən başqa bir düşüncəsi olmur”.

Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyi “sürprizimiz var” sözündəki sürpriz isə Şuşa şəhəri idi. Evlənmək, ailə qurmaq ona nəsib olmasa da, Şuşanın azad olunmasını görmək istəyi ona nəsib oldu.

Yeni nişanlanmışdı... Müharibə başa çatdıqdan sonra ailəsi onu evləndirməyi planlaşdırmışdı...

İndi onun yaşadığı evdə Əliheydərin fotoları, şəxsi əşyaları, diplomu və üçrəngli bayrağımız olan guşə bəzəyir. Onun əziz xatirəsi təkcə ailə üzvlərinin qəlbində deyil, bütün xalqımızın köksündə əbədi özünə yer tutub - qalib ölkənin qalib şəhidi kimi...

Qırılıda Əliheydərlə birlikdə kəndin digər şəhidlərinin xatirəsinə bulaq kompleksi də inşa edilib.(azərtac)



Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 850




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap