Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Möhtəşəm Şərif ailəsinin kinli oyunu: Ortancıl qardaş baş nazir vəzifəsinə hazırlanır - Təhlil

Tarix 01.08.17, 5:24

Font ölçüsü : - / +
bitmap-img6


Kris Key və Kamran Heydər

“Bloomberg”


Gələn ilki seçkilərdən əvvəl ailəsinin siyasi xanədanını davam etdirmək üçün, Pakistanın baş naziri Nəvaz Şərif nəzərlərini kiçik qardaşı Şahbaza zilləyib.

Həftə sonu Pakistanın iqtidar partiyası, qardaşının köhnə roluna sahiblənmək üçün onun namizədliyini Pəncab əyalətinin baş naziri vəzifəsinə irəli sürüb. Bu arada Nəvaz Şərif Ali Məhkəmənin hökmü ilə vəzifəsindən uzaqlaşdırılıb. O, "qeyri-dürüstlükdə" ittiham olunur.

Şahbaz Şərif bəziləri üçün əlverişsiz infrastruktur layihələrini idarə etmək qabiliyyətinə malik şəxs, digərləri üçün çoxsaylı korrupsiya iddiaları ilə dalana sıxışdırılmış möhtəşəm Şərif ailəsinin yenidən iqtidara soxulmaq naminə başladığı kinli oyunun aktyordur.

2014-cü ildən etibarən Pakistan iqtisadiyyatının illik artımı 4 faizdir, Pəncab əyaləti isə ölkənin ümumi daxili məhsulunun (ÜDM) yarıdan çoxunu verir. Şahbaz son dövrdə vilayətdə LNG və kömür stansiyalarının tikintisi, elektrik enerjisi istehsalının artırılması ilə ad-san qazanıb.

65 yaşlı Ş.Şərif, adətən, gecələr yalnız dörd saat yatan səmərəli inzibatçıdır. O, səhər saat 8 radələrində yığıncaqlara başlayır, əməkdaşlarının gecə yarısına qədər yatmasına icazə vermir.

Ş.Şərif Pakistan bürokratiyasını kökündən qoparmağa qabil və infrastruktur layihələrinin öhdəsindən rekord vaxtda gələ biləcək şəxsdir. Misal üçün, Sahivalda nəhəng elektrik stansiyasının tikintisi 22 ay ərzində başa çatdırılıb, adətən, bu ölçüdə inşaat işləri dörd ildən tez qurtarmır.

 
“Milyardlarla itki”


Lahorlu siyasi təhlilçi Həsən Əsgəri Rizvinin sözlərinə görə, o, praqmatikdir. "Şahbaz Şərifin yüksək səviyyəli idarəetmə üslubu var".

Ötən ay Lahordakı iqamətgahındakı müsahibə zamanı, o, hökumətinin nailiyyətlərini sıraladı: enerji stansiyalarının qurulması, təhlükəsizliyin yaxşılaşdırılması, xəstəxanalar və məktəblərin inkişaf etdirilməsi, Lahor şəhərində dəmir yolu və avtobus şəbəkəsinin qurulması və hazırda inşa edilən metro xətti. Həm də Nəvaz Şərif rəhbərliyinin son illərdə nədənsə özəlləşdirə bilmədiyi “Pakistan International Airlines Corp.” və “Pakistan Steel Mills Ltd.” kimi dövlət şirkətlərinin bərbad vəziyyətini dilə gətirdi.

"Biz milyardlarla vəsait itiririk və bu milyardlar sağlamlıq, təhsil, infrastrukturun inkişafı və təhlükəsizliyə xərclənməlidir. Hökumət sənaye sahəsinin başını buraxıb, onun vəzifəsi fərdi investisiya layihələrini dəstəkləmək, katalizator olmaq, təşviq etməkdir".

 
Korrupsiya mübahisəsi

 
Şahbaz, 1947-ci ildə Pakistan Hindistandan ayrıldıqdan sonra ailəsi Amritsardan Lahora köçmüş sənayeçi Mian Məhəmməd Şərifin üç oğlundan ortancılıdır. Dövlət universitetindən məzun olan Sahbaz ailə biznesinə girərək, 1985-ci ildə Lahor Ticarət Palatasının prezidenti seçilib, siyasətə isə üç il əvvəl girişib.

Pakistanın ən sıx əhalisi olan Pəncab vilayətinin baş naziri olduqdan sonra 1999-cu ildə hərbi çevrilişdə həbs edilərkən, baş nazir Nəvaz idi. 2000-ci ildə hər iki qardaş sürgünə məcbur edilib və illərlə Səudiyyə Ərəbistanında yaşayıblar.

Gənc Şərif böyük qardaşı kimi korrupsiya iddiaları və ya mübahisələrindən yayına bilməyib. 2003-cü ildə sürgündəki Şahbaz, 1998-ci ildə terrorçuluq hərəkətlərində şübhəli bilinən beş dindar tələbənin öldürülməsində ittiham olunub. O, iddiaları təkzib edib və siyasi motivli olduğunu söyləyib.

Şərif qardaşları Pakistana 2007-ci ildə qayıdıblar, lakin Şahbaz bir il sonra qətl ittihamı ilə seçkilərə qatıla bilməyib. O, 2008-ci ildə bəraət alıb və ikinci dəfə Pəncabın baş naziri vəzifəsinə gətirilib.


Siyasi sığorta


Nəvazdan fərqli olaraq, Şahbazın ordu ilə siyasi əlaqələri daha yaxşı olub. 70 ilinin böyük bir hissəsində silahlı qüvvələr Pakistana rəhbərlik edib və Şərif ailəsinin maliyyə qaynaqları həmişə hərbçilər arasında ciddi mübahisələr doğurub.

Şahbaz qardaşının kölgəsi xaricində yüksək profilini qoruya bilib. O, tez-tez böyük-Şərifi xaricə səfərlərdə müşayiət edib, xüsusilə də Pakistanın infrastruktur layihələrinə 50 milyard dollardan çox pul ayıran Çin turunda.

“Facebook” səhifəsində Ş.Şərifin xəstəxanaları ziyarət etməsi, sərmayəçi konfranslarında məruzə oxumağı və Türkiyə prezidenti Rəcəb Ərdoğanı bağrına basmasını əks etdirən xeyli video var.

Pakistanın Milli Məclisi – parlamentin aşağı palatası yeni baş nazir seçmək üçün bu çərşənbə axşamı günü bir araya gələcək. İqtidar partiyası köhnə neft naziri Şahid Xaqan Abbasini Şahbaz Şərifin vəzifəyə gəlməsinədək baş nazir vəzifəsinə irəli sürəcək.

Şahbazın “tacqoyma mərasimi”ndən sonra köhnə kriket ulduzu və ikinci böyük müxalifət partiyasının lideri İmran Xanın Şərif ailəsini hədəfə alması çətinləşəcək.


Demokratik maska

 
“Nəvaz qardaşına kömək edərək, demokratiyanı ələ salır”.

İslamabadda yerləşən Təhlükəsizlik Tədqiqatları Mərkəzinin icraçı direktoru İmtiyaz Gül deyir ki, bu ailə açıq demokratiyaya inanmır. Pakistanda millət vəkilləri "ailənin əleyhinə qalxmağa cəsarət etmirlər", – deyən İ.Gül əlavə edir: "Parlamentdə rahat çoxluğa baxmayaraq, onların özlərini hələ də demokratik şəkildə apara bilməməsi ayıbdır".

"Əlbəttə, Şahbaz Şərifə müxalifət olacaq", – deyə Karaçidə yerləşən “JS Global Capital Ltd”-in baş kommersiya müşaviri Xürrəm Sahzad bildirib.

Ancaq əgər Pəncabda hakimiyyətə nəzarət olunursa və iqtisadiyyat yüksələn tendensiyası varsa, gələn il Şahbaz Şərif seçkidə zəfər qazanacaq.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 706




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap