Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Müqtəda Sədr yeni ittifaqla yenə hamını təəccübləndirdi – Keçmiş düşmənlər indi əl sıxır - Təhlil

Tarix 03.07.17, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Həsən əl-Şənun

“Al-Monitor”

Siyasi partiyalar arasında uyğun ittifaqlar axtarışında olan Sədr Hərəkatı, Ayad Allavinin başçılıq etdiyi “Əl-Vətəniyə” koalisiyası (Milli Koalisiya) ilə razılaşma elan edərək, tərəfdarlarını xeyli təəccübləndi.

Hər iki partiya 2018-ci ilin parlament seçkilərinə qədər “dondurulan” qanunların qüvvəyə minməsinin sürətləndirilməsi və ölkə problemlərinin həllinə vahid mövqe formalaşdıraraq yeni siyasi ittifaq meydana gətirəcək.

Sədrçilər ənənəvi olaraq fəal şiə din xadimi Müqtəda əl-Sədrin təşkilatı, “Əl-Vətəniyə” isə ümumiyyətlə dünyəvi bir partiya kimi qəbul edilir.

Hərəkatın Siyasi Komitəsi bəyanatla çıxış edərək bildirib ki, "tərəflər, hərəkat və koalisiya üzvlərini ehtiva edən parlament cəbhəsinin qurulması mövzusunda razılığa gəlib. Cəhbənin üzvləri İŞİD sonrası dövrdə seçki komissiyalarının tərkibini dəyişdirərək seçki prosesinin nizamlanmasını sürətləndirməlidirlər. İnsanların əsas gözləntisi budur. “Sədrçilər-Allaviçilər” alyansı, seçici iradəsini, ümumən iraqlıların iradəsinə hörmət və siyasi prosesə qatqını təmin edən yeni seçki qanununu dəstəkləyəcək".

“Əl-Vətəniyə” koalisiyasının məclis üzvü xanım Cəmilə Əl-Ubeydi deyib ki, Sədr Hərəkatı vahid milli eyniyyətə sahib olan qrupdur və ölkəyə xidmət etmək üçün sədrçilərlə siyasi razılaşma ölkənin maraqlarına cavab verir.

Ubeydi bildirib ki, məzhəbi və siyasi ziddiyyətlər, habelə bölgəyə kənar müdaxilələr İraqı parçaladı, zənginliyini sarsıtdı və iqtisadiyyatını məhv etdi. Buna görə vətəndaşlar qalıcılığa baxmalıdırlar.

Xanım Ubeydi “Al-Monitor”a deyib: "Yeni ittifaq birlik və suverenlik əsasında İraq dövlətinin qurulması və onun işində hər hansı bir müdaxilənin qarşısını almaq üçün milli bir layihəyə iman edən digər siyasi partiyalarla birləşməyi düşünür".

“Yeni ittifaqın siyasi məzhəbçiliyi pozacaq, – Ubeydi əlavə edib. – Biz parlamentdə qəbul edilən bütün qanunları yenidən nəzərdən keçirəcəyik. Terrorizm qanunu və de-Bəəsifikasiya qanununa (Səddam dövrünün hakim BƏƏS partiyası üzvlərinin dövlət idarəçiliyindən kənarlaşdırılmasını nəzərdə tutur – tərc.), ədalət mühakiməsinə düzgün nizam verəcək və gerçək milli razılaşmağa nail olacağıq".

Bəziləri iddia edirdi ki, yeni ittifaq Allavinin yenidən baş nazir olmaq istəklərini əks etdirir, ancaq Ubeydi bunu inkar etdi. "Allivinin baş nazirlik olması xalqın iradəsindən asılıdır. Bizi xarici müdaxilədən, – istər İran və ya digər ölkə olsun, – qoruyan möhkəm mövqe tutmağa çalışırıq. Başqalarının işində qarışmamaq və qarşılıqlı hörmətə əsaslanaraq bütün ölkələrlə bərabər münasibət qurmaq istəyirik ".

“Əl-Vətəniyə” ilə yeni ittifaq Sadr bazasını təəccübləndirdi. Belə ki, 2004-cü ildə Allavi baş nazir olarkən, Nəcəfdə İraq ordusu və Sədrin rəhbərlik etdiyi “Mehdi ordusu” ilə döyüşürdü.

Yeni parlament ittifaqı İraqın bəzi siyasi partiyalarını, xüsusilə Milli İttifaqı – parlamentdə ən böyük partiyanı narahat edir. Milli İttifaqın tərkibinə daxil olan Dövləti Qanunvericiliyi Koalisiyasının məclis üzvü Abdul Hadi Saadavi deyir ki, "sədrçilərin əvvəlki siyasi arenada deməyə sözləri qalmayıb".

Saadavi yeni ittifaqın uğur perspektivlərini aşağı saldı. Onun sözlərinə görə, Allavinin Milli Koalisiyası sünni dairələrində populyarlığını və etibarını itirib. Nəticədə, iki sünni ittifaq yaranıb. Birincisi, sünni iş adamı Xamis əl-Xancarın rəhbərlik etdiyi “Ərəb layihəsi”, ikincisi isə siyasi çoxluğa yaxınlaşmış, parlamentin spikeri Səlim əl-Caburinin İslam Partiyası, İslahat və İnkişaf üzrə Milli Hərəkatıdır.

Hadi Saadavi “Al-Monitor”a bildirib: "Yeni ittifaq yalnız stəkanda fırtınadır. Onlar siyasi çoxluq hökumətinə nail olmaq və ölkəni bir daha idarə etmək istəyən Dövləti Qanunvericiliyi Koalisiyasının proqramına təsir etməyəcəklər".

2014-cü ildə keçirilmiş seçkilərdə, həmin Koalisiyası 328 yerdən 92, Sədr Hərəkatı 34 və “”Əl-Vətəniyə” 21 qazandı.

Sədrlərçilər 2015-ci ildən etibarən keçirilən etiraz aksiyalarına görə milli diqqət mərkəzindədirlər.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 139




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap