“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Mürvət Həsənli canlı yayımda jurnalistləri və texnoloqu təhqir etdi - VİDEO

Tarix 18.01.26, 17:13

Font ölçüsü : - / +
bitmap-img6


Assosiasiya sədri texnoloqu təhdid edərək "gözlə veriliş qurtarsın mən sənə göstərərəm" ifadəsini də səsləndirib...

Baku TV-nin "Aktual gündəm" verilişində qida texnoloqu Mübariz Vəliyevin səsləndirdiyi "Toyuğun ayağı və başı yenidən toyuqlara yem kimi verilir" sualı, eləcə də broyler toyuğunun geninin dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər müzakirələrə, qalmaqala səbəb olub.

Poliqon xəbər verir ki, verilişdə Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli sərt mövqe sərgiləyib.

O bildirib ki, elmi biliyi olmayan şəxslərin efirə çıxması düzgün deyil:"Elmi biliyi olmayan şəxslər efirə çıxmamalıdır. Efirə alimlər çıxmalı, cəmiyyətə tövsiyə xarakterli, elmi əsaslara söykənən fikirlər səsləndirməlidirlər, Mübariz Vəliyev kimi şəxslər bilmədiyi mövzularda danışmamalıdırlar. Biz toyuğun ayağı və başını Çinə ixrac edirik. Bu adama toyuq ətinin tərkibi ilə bağlı sual versəniz, cavablandıra bilməyəcək. Onun bu günə qədər gördüyü iş 50 yerdə aşpazlıq etməkdən ibarət olub. Hər kəs Qida Təhlükəsizliyi Agentliyinin işini görür. Saxta qidanı agentlik aşkar edirsə, saxtakarları kim müəyyən edəcək?".

Mürvət Həsənli dialoq əsnasında jurnalistlərin ünvanına "ərdən boşanmış, arvaddan boşanmış jurnalistlər" kimi qeyri-etik ifadələr də səsləndirib.

Daha sonra texnoloqu təhqir edərək onu "əldəqayırma", tərbiyəsiz, savadsız adlandırmaqla yanaşı alı savadı olmasını sübut edən diplomu təqdim etməsini tələb edib. 

Assosiasiya sədri texnoloqu təhdid edərək "gözlə veriliş qurtarsın mən sənə göstərərəm" ifadəsini səsləndirib.

Mübariz Vəliyev isə bildirib ki, Mürvət Həsənli ondan efirdə broyler mövzusunda danışmamağı xahiş edib: "Mənə dedi ki, broyler haqqında danışmayım. Hətta broyler barədə necə danışmalı olduğumu da izah etdi. Hazırda isə əsas məsələ kənarda qalıb, məni təhqir edir".





Xəbərin oxunma sayı : 1159




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap