Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Müstəqillik hər bir xalqın arzusudur

Tarix 17.10.21, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. 

Azərbaycanın Vətən Müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan
çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri də aktuallaşdırıb. Belə ki, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin, xüsusən
müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib. Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdırılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət
quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Eləcə də Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən bəyannamənin adından da göründüyü kimi, həmin sənəd İstiqlal bəyannaməsi adlanır. Yəni, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bağlı İstiqlal Bəyannaməsi qəbul edilib, başqa sözlə desək məhz
müstəqillik haqqında bəyannamə qəbul edilib. Odur ki, 28 may gününün də müstəqillik günü kimi qeyd olunması tam məntiqlidir. 18 oktyabr isə Müstəqilliyi Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında adlanır. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” qeyd olunur ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Göründüyü kimi, 18 oktyabrda qəbul edilən sənəddə 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında”
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub. Bununla da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu isə o anlama gəlir ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Çünki söhbət varislikdən gedirsə, bu, o deməkdir ki, biz yeni müstəqil olmuruq, bundan əvvəl müstəqilllik mövcud olub və 1991-ci ildəki Aktla biz bu müstəqilliyimizi bərpa etmişik. Ona görə də tam məntiqlidir ki, 28 mayı müstəqillik, 18 oktyabrı isə müstəqilliyimizin bərpası günü kimi qeyd edək. Qanun layihəsində də qanunvericilik təşəbbüsünün subyekti məhz bu prinsipi haqlı olaraq rəhbər tutub. Həqiqətən reallıq da bundan ibarətdir ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət
müstəqilliyini əldə etməyib, 70 il əvvəl mövcud olmuş müstəqilliyimiz bərpa edilib. Sadəcə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş də məhz bu uyğunsuzluğun aradan qaldırılmasına xidmət edir.

Elvin Bayramlı



Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap