“Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO Samirə və Rilaya dodaq-dodağa - VİDEO Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO
Axtar
 
  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

  • / Maqazin / — 17 Oktyabr 2021

    Samirə və Rilaya dodaq-dodağa - VİDEO

  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

Mövsümi qrip artıb, diqqətli olun - Baş infeksionist

Tarix 12.10.21, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


"Uşaqlar arasında təsadüf olunan xəstəlik halları əvvəlki illərlə müqayisədə demək olar ki, fərqlənmir. Bu xəstəliklərin mövsümü artımı hərilki kimi təkrarlanır. Sadəcə uzun müddətdən sonra məktəblərin açılması və təmasın çoxalması insanlar arasında təşviş yaradıb".

AzFakt.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov modern.az-a hazırda mövsümi qriplə bağlı epidemioloji vəziyyətdən danışarkən bildirib.

bitmap-img6

T.Eyvazovun sözlərinə görə, kəskin respirator virus infeksiyaların əlamətləri koronavirusa bənzədiyi üçün hər kəs diqqətli olmalıdır:

"Bildiyimiz kimi, payız mövsümü gəldikdə ənənəvi olaraq qrip və digər respirator virus infeksiyalarında artımlar müşahidə olunur. Bu hər il təkrarlanır və təbii ki, bu il də istisna deyil. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, uzun fasilədən sonra məktəblər açılıb və uşaqlar arasında təmasların sayı xeyli artıb".

Baş infksionist qeyd edib ki, kəskin respirator virus infeksiyalarının ilkin əlamətləri elə koronavirusa bənzədiyi üçün valideynlər xüsusi ilə diqqətli olmalıdırlar:

"Çünki əgər uşaq xəstədirsə, məktəbə getməsinə icazə verilməməlidir. Bununla yanaşı, valideyn gün ərzində uşaqda boğaz, baş ağrısı, burun tutulması, hərarətin qalxması kimi hallar olub-olmadığını nəzarətdə saxlamalıdır".



Xəbərin oxunma sayı : 529

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda