Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Müxalifət liderinə hücum edildi, üzünə yaşıl maddə atıldı – Navalnı xəsarət aldı (FOTO)

Tarix 28.04.17, 3:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyalı siyasətçi, hazırda Putin rejiminin ən sərt və populyar müxalifətçisi hesab olunan Aleksey Navalnıya hücum edilib.

AzFakt.com Musavat.com-a istinadən xəbər verir ki, Aleksey Navalnı təsis etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondunun yerləşdiyi binadan çıxarkən naməlum şəxs onun üzünə yaşıl maddə atıb.

Rusiyalı müxalifətçinin mətbuat katibi Kira Yarmış məlumatına görə, Aleksey Navalnı gözündən ağır zədə alıb və onun üçün təcili yardım çağırılıb.

Qeyd olunur ki, bu, Aleksey Navalnının və digər rus müxalifətçilərinin məruz qaldığı ilk hücum deyil. Bu ilin martın 20-də Aleksey Navalnı Barnaulda seçki qərargahının ofisini açdığı zaman eyni hadisə ilə üzləşmişdi.

Bundan başqa, Rusiyanın digər müxalifətçisi, blogger İlya Varlamovun da sifəti Stavropolda “yaşıllanmışdı”.

2016-cı ilin aprelində isə Putin rejiminə qarşı gələn yazıçı Lüdmila Ulitskayanın üzünə yaşıl maddə çırpmışdılar.

Xatırladaq ki, Aleskey Navalnı vaxtaşırı Putin rejiminin korrupsioner mahiyyətini ifşa edən materiallarla çıxış edir. Onun Baş nazir Dmitri Medvedyevin dəbdəbəli həyatı, müxtəlif ölkələrdəki villaları və ağlasığmaz sərvəti ilə bağlı hazırladığı son sənədli film Rusiyada böyük hay-küyə səbəb olmuşdu. Navalnının tərəfdarları hətta Rusiya Federasiyasının 80-dən çox şəhərində effektli etiraz aksiyalarını keçirməyə müvəffəq olmuşdular.

Bu səbəbdən hazırda məhz Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin ən böyük rəqibi hesab edilir.

Rusiyalı müxalifətçi müxtəlif bəhanələrlə seçkiyə buraxılmır.

Rusiyanı yaxşı tanıyan bəzi siyasi ekspertlər başqa siyasi xadimlərin başına gətirilən hadisələrlə müqayisədə Navalnıya qarşı edilən bu hərəkətin əslində kiçik xəbərdarlıq olduğunu qeyd edirlər.






Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap