Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Müxalifət liderinin ölkədən çıxışına qadağa qoyulub –Navalnını Rusiyadan buraxmadılar

Tarix 14.11.18, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya müxalifət lideri Aleksey Navalnı çərşənbə axşamı günü sərhəddə saxlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Navalnı Fransada Avropa İnsan Hüquqları Məhkəməsində dinləmələrdə iştirak etmək üçün səfər edirdi.

Müxalifət lideri bloq yazısında bildirib ki, o, Avropa İnsan Hüquqları Məhkəməsində onun dəfələrlə saxlanmasının siyasi motiv daşıdığına dair qərarın çıxarılması gözlənilən dinləmələrdə iştirak etməli idi. Navalnı sərhəd mühafizəçiləri tərəfindən saxlanıb və ona məhkəmənin qərarı ilə Rusiyanı tərk etmək icazəsi verilmədiyi bildirilib.

Strasburqda cümə axşamı keçirilməsi gözlənilən dinləmələr Rusiyanın ən tanınmış müxalifət fiquru kimi tanınan Navalnını siyasi dəstəyə malik olmayan şəxs kimi təsvir edən Kremlin imicinə ciddi zərbə endirə bilər.

“Putin rejimi fikirləşir ki, məni qərarı eşitmək üçün Strasburqa uçmağa qoymamaqla nəsə dəyişəcək”, Navalnı Twitter səhifəsində yazıb.
















Navalnıya qarşı bir neçə cinayət işi qaldırılıb. Çoxları bunu Kremlin onun fəaliyyətinin məhdudlaşdırılması səyləri kimi qiymətləndirilir. Bundan öncə iki cinayət işinə görə Navalnının ölkəni tərk etməsinə icazə verilməmişdi. Lakin qadağa keçən il onun təcili müalicə olunmaq üçün İspaniyaya getdiyi zaman aradan qaldırılmışdı.

Aleksey Navalnı rəsmi dairələrdə korrupsiya araşdırmaları ilə populyarlıq qazanıb. O, Rusiyanın demək olar hər yerində minlərlə insanın cəlb edildiyi hökumət əleyhinə nümayişlərə başçılıq edib.

(Amerikanın səsi)






Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap